Mahmud Qurbanov Gəncəyə qayıdır
Bu haqda Lent.az-a “Gəncə”nin baş məşqçisi Mehman Allahverdiyev məlumat verib.
O, Qurbanova aprelin 17-də “Bakı”nın bazasında keçirilmiş MOİK – “Gəncə” matçı vaxtı təklif ünvanladığını bildirib. Allahverdiyevin sözlərinə görə, həmin vaxt 38 yaşlı yarımmüdafiəçi “Bakı”dakı taleyinə hələ aydınlıq gəlmədiyini söyləyib: “Mahmud mənə dedi ki, “Bakı”dan ayrılacağı halda, “Gəncə”yə keçə bilər. Biz də onun transferində maraqlıyıq. O, Gəncənin “Kəpəz” klubunun heyətində 3 dəfə çempion, 2 dəfə ölkə kubokunu qazanıb. Növbəti mövsüm üçün iddialı komanda formalaşdırmaq niyyətindəyik. Qurbanovun komandamıza faydalı olacağını düşünürəm. Amma hər şey danışıqların gedişindən asılı olacaq”.
Mahmud Qurbanov da Lent.az-a açıqlamasında belə bir variantı istisna etməyib. O, hələ “Gəncə” ilə danışıqlara başlamadığını söyləyib.
Qeyd edək ki, Mahmud Qurbanov Azərbaycanın ən titullu futbolçusu sayılır. O, karyerası ərzində AFFA-nın versiyasına əsasən, 10 dəfə çempion, 5 dəfə kubokunun sahibi olub.
Elşən MƏMMƏDOV

Oxşar yazılar

"İnter"in PSJ, "Mançester Siti" və ya "Bavariya" qədər büdcəsi yoxdur - İnzaqi
12 may 2025 , 19:07
Ançelottinin yeni ünvanı rəsmən AÇIQLANDI
12 may 2025 , 18:32
FHN-in kişilərdən ibarət basketbol komandası çempion oldu
12 may 2025 , 17:55
"İnter"in iki hücumçusu klubunu dəyişəcək
12 may 2025 , 17:29
"Sumqayıt" klubundan Vaqif Cavadovla bağlı ayrılıq QƏRARI
12 may 2025 , 15:31
Seriya A debütantı klub rekordunu üstələdi
12 may 2025 , 14:25
Yeni Roma Papasının hansı futbol klubuna azarkeşlik etdiyi məlum oldu
12 may 2025 , 12:19