Almaniyadan sonra Rusiya
Lent.az-ın məlumatına görə, avarçəkənlərimiz beynəlxalq “Dostluq” reqatasında çıxış edəcəklər.
“Krılatskoe” avarçəkmə kanalında təşkil olunacaq yarışda ölkəmizi 6 idmançı təmsil edəcək. Yeganə qız avarçəkənimiz Alyona Kaporeyko və oğlanlardan Boris Yotov 1 nəfərlik, Kamal Xanlarov – Qardaşxan Hüseynli dueti 2 nəfərlik qoşa avarlı, Novruz Əliyev – Bayram Əliyev dueti 2 nəfərlik sükansız qayıqla mübarizə aparacaq. Onlar Beynəlxalq Akademik Avarçəkmə Federasiyasının (FİSA) qaydalarına uyğun olaraq, 2000 metr məsafəyə yürüş edəcəklər.
Yeniyetmələr arasında keçiriləcək “Drujba” reqatası mayın 28-də start götürəcək. Yarış 2 gün davam edəcək. Komandamız məşqçi Samir Məmmədovun rəhbərliyi altında çıxış edəcək. Nümayəndə heyətinin başçısı Azərbaycan Milli Avarçəkmə Federasiyasının texniki direktoru Leyla Əliyeva olacaq.
Qeyd edək ki, yeniyetmələrdən ibarət yığmamız daha öncə eyni heyətlə 7-8 mayda Almaniyanın Münhen şəhərində keçirilmiş ənənəvi “Internationale DRV-Junioren-Regatta” adlı turnirdə mübarizə aparıblar. Cəmi 16 yaşa malik Boris Yotov 18 yaşadək akademik avarçəkənlər arasında qızıl medal qazanıb. Qardaşxan Hüseynli – Kamal Xanlarov dueti isə bürünc medala sahib olub.

Oxşar yazılar

"İnter"in PSJ, "Mançester Siti" və ya "Bavariya" qədər büdcəsi yoxdur - İnzaqi
12 may 2025 , 19:07
Ançelottinin yeni ünvanı rəsmən AÇIQLANDI
12 may 2025 , 18:32
FHN-in kişilərdən ibarət basketbol komandası çempion oldu
12 may 2025 , 17:55
"İnter"in iki hücumçusu klubunu dəyişəcək
12 may 2025 , 17:29
"Sumqayıt" klubundan Vaqif Cavadovla bağlı ayrılıq QƏRARI
12 may 2025 , 15:31
Seriya A debütantı klub rekordunu üstələdi
12 may 2025 , 14:25
Yeni Roma Papasının hansı futbol klubuna azarkeşlik etdiyi məlum oldu
12 may 2025 , 12:19