Qazaxıstan Azərbaycanla oyuna Bundesliqadan futbolçu çağırdı
20 may 2011 18:08 (UTC +04:00)

Qazaxıstan Azərbaycanla oyuna Bundesliqadan futbolçu çağırdı

Lent.az-ın məlumatına görə, baş məşqçi Miroslav Baranek qarşıdakı görüşə 23 oyunçu çağırıb.

Onlardan 3-ü legionerdir. Çexiyalı mütəxəssisin dəvət göndərdiyi futbolçulardan daha çox Almaniya Bundesliqasında çıxış edən Sergey Kərimov diqqəti cəlb edir. Ötən mövsümü “Volfsburq”da keçirmiş Kərimov azad agent kimi “Duysburq”a keçib.

Qapıçılar: Andrey Sidelnikov (“Aktobe”), Aleksandr Mokin (“Şaxtyor” Karaqanda), Vladimir Loginovski (“Jetısu”)

Müdafiəçilər: Samat Smakov (“Aktobe”), Yuri Loqvinenko (“Aktobe”), Sergey Kərimov (“Duysburq”, Almaniya), Mark Qurman (“Lokomotiv” Astana), Mixail Rojkov (“Lokomotiv” Astana), Kayrat Nurdauletov (“Lokomotiv” Astana), Muxtar Muxtarov (“Ordabası”)

Yarımmüdafiəçilər: Marat Xayrulin (“Aktobe”), Kazbek Geteriev (“Jemçujina” Soçi, Rusiya), Serikjan Mujikov (“Jetısu”), Ulan Konısbayev (“Lokomotiv” Astana), Marat Şahmetov (“Lokomotiv” Astana), Haynrix Şmidtqal (“Oberhauzen”, Almaniya), Maksat Bayjanov (“Şaxtyor” Karaqanda), Jambıl Kukeyev (“Şaxtyor” Karaqanda), Vitali Yevstiqneyev (“Ordabası”);

Hücumçular: Sergey Lisenkov (“Aktobe”), Sergey Ostapenko (“Jetısu”), Daurenbek Tajimbetov (“Ordabası”), Sergey Qridin (“Tobol”)

Qazaxıstan yığması mayın 27-də Talqar bazasında bir araya gələcək. 5 günlük hazırlıq prosesinin ardından komanda oyunun keçiriləcəyi Astanaya yollanacaq. Süni örtüklü “Astana Arena”da təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlanacaq.
# 588

Oxşar yazılar