“Bakı” daha 7 futbolçuya qapını göstərdi
Lent.az-ın məlumatına görə, komandanın baş məşqçisi Aleksandr Starkov bosniya və herseqovinalı hücumçu Saşa Kaykutun ardından daha 7 futbolçuya qapını göstərib.
Bunlar yerli futbolçulardan müdafiəçi Rafael Əmirbəyov, yarımmüdafiəçi Mahmud Qurbanov, eləcə də fransalı müdafiəçi Stefan Borbikoni, ukraynalı yarımmüdafiəçi Ruslan Leviqa, mərakeşli yarımmüdafiəçi Adnan Bərəkət, braziliyalı yarımmüdafiəçi Junior Osvaldo və moldovalı hücumçu Vyaçeslav Sofronidir. Onların hamısı ilə başa çatan müqavilənin müddəti uzadılmayıb. Artiq Starkov gedənlərin adlarını klub rəhbərliyinə də təqdim edib. Futbolçuların özləri isə bu barədə məlumatlandırılıb. Lakin bununla “təmizləmə əməliyyatı” başa çatmayıb. Yaxın günlərdə “qara siyahı”ya yeni adlar da daxil edilə bilər.
Qeyd edək ki, “Bakı” klubu Unibank Premyer Liqasını 6-cı pillədə başa vurub, NBC Bank Azərbaycan Kubokunda isə yarımfinalda mübarizəni dayandırıb.
Elşən MƏMMƏDOV

Oxşar yazılar

"İnter"in PSJ, "Mançester Siti" və ya "Bavariya" qədər büdcəsi yoxdur - İnzaqi
12 may 2025 , 19:07
Ançelottinin yeni ünvanı rəsmən AÇIQLANDI
12 may 2025 , 18:32
FHN-in kişilərdən ibarət basketbol komandası çempion oldu
12 may 2025 , 17:55
"İnter"in iki hücumçusu klubunu dəyişəcək
12 may 2025 , 17:29
"Sumqayıt" klubundan Vaqif Cavadovla bağlı ayrılıq QƏRARI
12 may 2025 , 15:31
Seriya A debütantı klub rekordunu üstələdi
12 may 2025 , 14:25
Yeni Roma Papasının hansı futbol klubuna azarkeşlik etdiyi məlum oldu
12 may 2025 , 12:19