Həmid Altıntop rəsmən “Real”da
Lent.az-ın “kral klubu”nun rəsmi saytına istinadən verdiyi məlumata görə, 29 yaşlı yarımmüdafiəçi ilə 4 illik anlaşma əldə edilib.
Bu keçid qarşılığında “Bavariya”ya pul ödənilməyəcək. Çünki Altıntopun Münhen klubu ilə müqaviləsi başa çatıb. Bununla da “Real Madrid”də türk əsilli futbolçuların sayı 3-ə çatacaq. Ötən yay Məsut Özi, bu yaxınlarda isə Nuri Şahin “kral klubu”na keçib. Baş məşqçi Joze Mourinyo Altıntopdan yarımmüdafiənin sağ cinahında yararlanmaq istəyir.
Qeyd edək ki, Hamit Altıntop FİFA tərəfindən 2010-cu ilin ən gözəl qolunun müəllifi seçilib. Altıntop "Bavariya"nın heyətində 2 dəfə Almaniya çempionu və Kubokunu, bir dəfə Almaniya Superkubokunu və Liqa Kubokunu qazanıb.

Oxşar yazılar

"İnter"in PSJ, "Mançester Siti" və ya "Bavariya" qədər büdcəsi yoxdur - İnzaqi
12 may 2025 , 19:07
Ançelottinin yeni ünvanı rəsmən AÇIQLANDI
12 may 2025 , 18:32
FHN-in kişilərdən ibarət basketbol komandası çempion oldu
12 may 2025 , 17:55
"İnter"in iki hücumçusu klubunu dəyişəcək
12 may 2025 , 17:29
"Sumqayıt" klubundan Vaqif Cavadovla bağlı ayrılıq QƏRARI
12 may 2025 , 15:31
Seriya A debütantı klub rekordunu üstələdi
12 may 2025 , 14:25
Yeni Roma Papasının hansı futbol klubuna azarkeşlik etdiyi məlum oldu
12 may 2025 , 12:19