Tahir Süleymanov: “Neftçi” digər klublara da nümunə olmalıdır” - MÜSAHİBƏ
- “Neftçi” Azərbaycan futbolunun 100 illik yubileyi ərəfəsində çempion oldu. 6 illik fasilədən sonra qazandığınız çempionluq sizin üçün nə dərəcədə önəmlidir?
- Son 6 ildə “Neftçi” nəinki çempion ola, hətta 2007-2008-ci il mövsümündən sonra UEFA Kuboku və Avropa Liqasında çıxış edə bilmirdi. Ötən mövsümün ikinci yarısında Sadıq Sadıqovun “Neftçi”nin prezidenti postuna gəlişindən sonra rəhbərlik, məşqçilər korpusu bir araya gələrək, 3 mərhələdən ibarət xüsusi plan hazırladı. 2010-2011-ci il mövsümünə hazırlığı ötən mövsümün sonlarından başladıq. Bunun nəticəsi olaraq, bizdən öncə dəvət olunmuş və ötən illər ərzində uğur qazana bilməyən 14 oyunçu ilə yollarımızı ayırdıq. Yeni komandanın formalaşdırılması istiqamətində planlar cızıldı. İlk növbədə, qərar qəbul olundu ki, “Neftçi”yə çoxsaylı legionerlər dəvət olunmasın. Yerli gənc potensialdan əlavə, səviyyəli legionerlərlə gücləndik. Azərbaycan futbolunun 100 illiyinin 74 ili “Neftçi”nin fəaliyyəti dövrünə düşüb. Bu baxımdan, klubumuz futbolumuzun ağsaqqalı, flaqmanıdır. “Neftçi” təkcə nəticəni yox, yerli futbolçuların yetişməsini, heyətdə oynamalarını təmin etməlidir. Çünki flaqman bu yolu tutmaqla digər klublara da nümunə olmalıdır. Bildiyiniz kimi, ötən mövsümün sonlarına yaxın seleksiyaçı-məşqçi Bəxtiyar Musayevlə mən Braziliyada olduq və A seriyasının bir çox oyunlarını izlədik. Bunun nəticəsi olaraq, A seriyasından səviyyəli futbolçular “Neftçi”yə dəvət olundu. Qış transfer dövründə isə Rodriqinyo “Santos”dan “Neftçi”yə gəldi. Eyni zamanda Makedoniya yığmasının futbolçuları İqor Mitreski və Slavço Georgiyevski, dünyaca məşhur Emil Mpenzanı transfer etdik. Yerli oyunçulardan Rail Məlikov, Rəşad Abdullayev, Rauf Mehdiyev və çoxsaylı gənc futbolçu ilə çempionata başladıq. Düzgün aparılan seleksiya işi, struktur dəyişiklikləri, klubun bir ailə kimi formalaşdırılması nəticəsində ilk turdan çempionluq iddiamızı ortaya qoyduq. Çempionatın sonuna 3 tur qalmış təkcə xalda deyil, bütün göstəricilərdə birinci yeri təmin etdik. İkinci mərhələ qış transfer dövründə komandanın gücləndirilməsi idi. Üçüncü mərhələ isə indi başlayıb. Bu, komandanın növbəti mövsümə hazırlığını təmin etmək və Çempionlar Liqasında layiqli çıxış etməkdən ibarətdir.
- Komanda ilə müqaviləsi başa çatan futbolçularınız var. Onların gələcək taleyinə aydınlıq gəlib?
- Artıq legionerlərimizdən Bahodir Nasimov və Flavinyo ilə 3 illik yeni müqavilə bağlamışıq. Çempionluğu təmin edən bütün yerli futbolçular komandada qalacaq. Başqa klublarda icarədə olan gənc futbolçularımızın bəziləri geri qayıdacaq. Emin Mehdiyev, Elvin Yunusov və əvəzedici heyətdən 4-5 futbolçu təlim-məşq toplantısına cəlb olunacaq. Onlar da əsas komandada qalmaq uğrunda mübarizə aparacaqlar.
- Bəs ehtiyatda qalan futbolçuların taleyi necə olacaq?
- Güclü komandanın formalaşdırılması üçün heyətdə 20-25 səviyyəli futbolçu olmalıdır. Bizim komandada əsas və ya ehtiyat futbolçu anlayışı yoxdur. Məsələn, “Xəzər Lənkəran”la son oyunumuzda meydançada braziliyalılar yox idi, Emil Mpenza zədəli idi. Buna baxmayaraq, kapitan Rail Məlikov başda olmaqla, “Neftçi”nin necə oyun sərgilədiyini hamımız gördük. Yəni, hər bir futbolçumuz istənilən anda əsas heyətdə çıxıb “Neftçi”nin qələbəsini təmin etməyə qadirdir.
- Araz Abdullayevlə bağlı məsələ nə yerdədir?
- Onun məsələsi çoxdan bitib. Abdullayev son 6 ayda “Neftçi”də icarə əsasında çıxış edib. O, “Everton”un futbolçusudur. İşçi vizası ilə bağlı problemlər həll olunarsa, İngiltərə klubunun düşərgəsində olacaq. Abdullayev ya “Everton”un sifariş ərizəsinə daxil ediləcək, ya da Avropanın başqa bir klubuna qısa müddətli icarəyə verilə bilər. Bu, artıq “Everton”a aid məsələdir.
- Abdullayev Çempionlar Liqasında “Neftçi”yə kömək edə bilməyəcək?
- Bir daha deyirəm: Artıq Araz Abdullayev “Everton”un futbolçusudur. Başqa klubun futbolçusu haqda fikir yürütmək və ya planlar cızmağımız düzgün olmaz. Düzdür, mövsümün ikinci yarısında o, “Neftçi”də icarə əsasında çıxış edib. Lakin Abdullayevlə bağlı planları “Everton” rəhbərliyi qurur. Əlbəttə, istərdik ki, o, Çempionlar Liqasında “Neftçi”yə kömək etsin. Lakin bizim üçün yerli futbolçuların Avropa meydanlarında top qovması daha önəmlidir. Çünki bu, millimizin birbaşa inkişafına təsir edən amildir.
- Ruslan Abışov “Neftçi”dən xarici kluba keçmək istədiyini bildirib. Bu halda, onu buraxmağınız mümkündür?
- Abışov son illər Azərbaycan futbolunun, “Neftçi”nin yetişdirdiyi ən istedadlı oyunçulardan biridir. O, daim diqqət mərkəzində olan futbolçudur. İndiyədək Abışovla bağlı klubumuza hər hansı rəsmi dəvət gəlməyib. Ona səviyyəli xarici çempionatlardan və ya səviyyəli klublardan dəvət gələrsə, müzakirə etməyə hazırıq.
- Abışovu səviyyəli kluba verməyə hazır olduğunuzu bildirmisiniz. Hazırda futbolçunuzla Almaniyanın “Köln” klubu maraqlanır. Sizcə, “Köln” Abışovun səviyyəsinə uyğun klubdur?
- Klub rəsmisi kimi bu tipli informasiyaları mətbuatda müzakirə etmək istəmirəm. Ruslan Abışov istənilən klubun maraq dairəsinə düşə bilər. Rəsmi təklif gəldiyi halda, biz Abışovun hər hansı kluba keçidini müzakirə etməyə hazırıq.
- “Xəzər Lənkəran” rəsmilərindən “Neftçi”ni təbrik edən oldu?
- “Xəzər Lənkəran” və “Neftçi” arasında rəhbərlik səviyyəsində çox gözəl münasibətlər var. “Xəzər Lənkəran” rəhbərliyi “Neftçi” rəhbərliyi ilə daimi ünsiyyətdə olan şəxslərdən ibarətdir. Bu münasibətlər davamlı olacaq. “Xəzər Lənkəran” da digər klublar kimi “Neftçi”ni çempionluq münasibətilə təbrik edib.
- “Neftçi”nin 18 may – Laçının ermənilər tərəfindən işğalı günündə çempionluq münasibətilə atəşfəşanlıq təşkil etməsi heç də birmənalı qarşılanmayıb. Bu addımınızı necə şərh edərdiniz?
- 1941 – 1945-ci illərdə faşistlər şəhərləri işğal edə-edə gəldikləri vaxt səngərlərdə əsgərləri ruhlandırmaq üçün musiqi sədaları eşidilirdi. Bunu sənədli filmlərdən də görmüsünüz. Bu gün söhbət hər hansı atəşfəşanlıqdan getmir. Qələbə ruhunu stadiona toplaşan 10 – 15 min azarkeşə və bütün gənclərə, xalqa aşılamağın zamanı gələcək. Azərbaycan oğulları istər Laçın, istərsə də işğal altındakı digər şəhərlərimizi azad etməyə hazırdırlar. Siyasi yolla olmasa, müharibə yolu ilə bunu etməyə Azərbaycanın gücü çatar. Bunun üçün milli qələbə ruhunun qayıtması çox önəmli faktdır. “Xəzər Lənkəran”la oyunda istər meydançada futbolçuların əzmkarlığı, istər stadiondakı möhtəşəm atmosfer təkcə futbol adına yox, bir millət olaraq qələbə ruhunun oyanmasıdır. Bu da xalqın qələbə ruhunun qayıtmasında çox önəmli amillərdəndir. Hərə öz sahəsində xalqın qələbə ruhunun oyanması üçün çalışsa, sonda torpaqlarımız geri qaytarılacaq. Biz həmin günün hansı olayın ildönümünə təsadüf etdiyini bilirdik. Ona görə də oyundan sonra konsert proqramını ləğv etmişdik. Torpaqlarımızın 20 faizinin işğal olunmasından heyətimizdəki bütün legionerlərin xəbəri var. Bu mövsüm Ağdamın Quzanlı qəsəbəsinə “Qarabağ”la oyuna yollanan yeganə komanda “Neftçi” olub. Müharibə əmri verilsə, komandanın prezidentindən tutmuş gənc futbolçusunadək torpaqlarımızı işğaldan azad etməyə hazırdırlar.
Elşən MƏMMƏDOV

1006