Qusar dağlarında çempionat keçiriləcək
Mayın 20- 22-də Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) təşkilatçılığı və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Qusar rayonunun Ləzə kəndi yaxınlığındakı təbii qayalarda idman qayayadırmanması üzrə Açıq Respublika Çempionatı keçiriləcək. Bu barədə Lent.az-a Hava və Ekstremal İdman Növləri Federasiyasından məlumat veriblər.
Yarışda FAİREX-in “Salavat”, “Zirvə”, “A+A”, “Ekosport”, “Climb-club”, Azərbaycan Turizm İnstitutunun “AMEAST”, Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının “AzDBTİA”, “Qərb Universitetinin idman klubu”nun, o cümlədən digər qurumların idmançıları iştirak edəcək. 60 nəfərdən çox idmançının qatılacağı yarış kişilər və qadınlar arasında iki mərhələdə- mürəkkəblik və boulderinq mərhələlərində keçiriləcək. İdmançılar əvvəlcə təsnifat, daha sonra 1/8, 1/4, 1/2 və final yarışlarında birinci yer uğrunda mübarizə aparacaqlar. Bir həftə sonra isə Qobustan qayalıqlarında sürət mərhələsi təşkil olunacaq. Distansiya və marşrutların təşkili üçün İFSC-nin (Beynəlxalq İdman Qayayadırmanma Federasiyası) tövsiyəsi ilə FAİREX tərəfindən Türkiyədən beynəlxalq dərəcəli mütəxəssis dəvət olunub.
Mübariz Aslanov

Oxşar yazılar

"İnter"in PSJ, "Mançester Siti" və ya "Bavariya" qədər büdcəsi yoxdur - İnzaqi
12 may 2025 , 19:07
Ançelottinin yeni ünvanı rəsmən AÇIQLANDI
12 may 2025 , 18:32
FHN-in kişilərdən ibarət basketbol komandası çempion oldu
12 may 2025 , 17:55
"İnter"in iki hücumçusu klubunu dəyişəcək
12 may 2025 , 17:29
"Sumqayıt" klubundan Vaqif Cavadovla bağlı ayrılıq QƏRARI
12 may 2025 , 15:31
Seriya A debütantı klub rekordunu üstələdi
12 may 2025 , 14:25
Yeni Roma Papasının hansı futbol klubuna azarkeşlik etdiyi məlum oldu
12 may 2025 , 12:19