“Neftçi” litvalı qapıçı ilə vidalaşdı
“Neftçi” futbol klubu litvalı qapıçı Paulius Qribauskasla yollarını ayırıb. Bu haqda Lent.az-a klubun vitse-prezidenti Tahir Süleymanov məlumat verib.
Onun sözlərinə görə, 27 yaşlı qolkiperin flaqmanla başa çatan müqaviləsi uzadılmayıb. Buna Qribauskasın mövsümün gedişində aldığı zədənin ciddiliyi səbəb olub: “Pauliusun Unibank Premyer Liqasının XII turunda “İnter”lə görüş zamanı ön çarpaz bağları qopduğu üçün əməliyyat keçirib və ardından 4-5 ay müalicə olunub. Fərdi məşqlərə başlasa da, onun formaya düşməsi üçün 5-6 ay lazım gələcək. Bu səbəbdən, Qribauskasla müqaviləni uzatmağı münasib saymadıq. Artıq o, vətəni Litvaya yola düşüb”.
Süleymanov məşqçilər heyətinin rəyinə uyğun olaraq, yeni qapıçı transfer edə biləcəklərini vurğulayıb.
Qeyd edək ki, Paulius Qribauskas 2009-2010-cu il mövsümündən “Neftçi”də çıxış edirdi.
Elşən MƏMMƏDOV

Oxşar yazılar

"İnter"in PSJ, "Mançester Siti" və ya "Bavariya" qədər büdcəsi yoxdur - İnzaqi
12 may 2025 , 19:07
Ançelottinin yeni ünvanı rəsmən AÇIQLANDI
12 may 2025 , 18:32
FHN-in kişilərdən ibarət basketbol komandası çempion oldu
12 may 2025 , 17:55
"İnter"in iki hücumçusu klubunu dəyişəcək
12 may 2025 , 17:29
"Sumqayıt" klubundan Vaqif Cavadovla bağlı ayrılıq QƏRARI
12 may 2025 , 15:31
Seriya A debütantı klub rekordunu üstələdi
12 may 2025 , 14:25
Yeni Roma Papasının hansı futbol klubuna azarkeşlik etdiyi məlum oldu
12 may 2025 , 12:19