Azərbaycan yığması 149 ölkə arasında 10-cu yeri tutdu
Lent.az-ın məlumatına görə, nüfuzlu yarışda rekord sayda – 149 ölkədən 1037 idmançı iştirak edib. Bu ölkələrdən yalnız 18-i medal qazanıb. Onların arasında Azərbaycan da var. Yarışın ikinci günündə Ramin Əzizov (80 kq) bürünc medalı təmin etsə də, İran idmançısı ilə yarımfinal döyüşündə yaranan gözlənilməz vəziyyət perspektivli taekvondoçumuzun çempionluğa yüksəlməsinə imkan verməyib.
Milli komandamızın baş məşqçisi, respublikanın əməkdar məşqçisi Ələkbər İmaməliyev nəticədən narazı olsa da, Meksika, Amerika, Fransa və taekvondonun inkişaf etdiyi bir çox ölkənin ümumiyyətlə, medal qazana bilmədiklərini söyləyib. O həmçinin, Təvəkkül Bayramov (87 kq), Elvin Məmmədov (74 kq) və Fariz Əliyevdən (63 kq), eləcə də qadınlardan Günay Ağakişiyeva (57 kq) və Səbinə Mikayılovdan (62 kq) medal gözlədiklərini, lakin qızıl xal və hakim səhvləri ucbatından daha yaxşı nəticə əldə olunmadığını bildirib.
Qeyd edək ki, Samir Aydınov (54 kq), Fariz Əliyev (63 kq), Yelena Abbasova (73 kq) və Elvin Məmmədov (74 kq) mübarizəni qızıl xalla dayandırmalı olublar. Fransalı rəqibindən bir xal geri qalan Avropa çempionu Təvəkkül Bayramov (87 kq) son saniyələrdə hakimin səhvi nəticəsində, İlkin Şahbazov (68 kq) və Xəyalə Quliyeva (46 kq) isə minimal xalla qələbəni əldən veriblər. İdmançılarımızı mübarizədən kənarlaşdıran rəqiblərin böyük əksəriyyəti isə sonradan mükafatçılar sırasına düşüblər.
Beləliklə 6 gün davam edən dünya çempionatında Azərbaycan medalların əyarında 10-cu, ümumi xallara görə 14-cü yeri tutub. Taekvondoçularımız mayın 8-də vətənə dönəcəklər. Qarşıdakı məsul yarış isə, 27 - 29 may tarixlərində Bakıda keçiriləcək və Ümumdünya Taekvondo Federasiyasının təqviminə daxil edilən “Azerbaijan Open” beynəlxalq turniri olacaq.

609