10 idmançımız üçün London olimpiadasına lisenziya hədəfi
Lent.az-ın məlumatına görə, yığmamızın baş məşqçisi Aleksandr Kolıbelnikov və onun köməkçisi Anatoli Dudnikin başçılıq edəcəyi nümayəndə heyətinin tərkibində 10 idmançı yer alacaq. Bunlar kayakçılar Natalya Fiklisova, Mirnazim Cavadov, Rüfət Vəlizadə, Tamerlan Mustafayev, kanoeçilər Valentin Demyanenko, Adnan Əliyev, Sergey Bezuqlıy, Maksim Prokopenko, Andrey Kraytor və Boqdan Kurudzdur. Təmsilçilərimizin ilk sınağı mayın 6-da Polşanın Poznan şəhərində start götürəcək Dünya Kubokunun I mərhələsi olacaq. Üç gün davam edəcək yarışda millimiz əvvəlki illərlə müqayisədə daha geniş tərkibdə mübarizə aparacaq.
Ardından kayak və kanoeçilərimiz Polşada qalaraq, daha 3 nüfuzlu yarışa hazırlıq məqsədilə təlim-məşq toplantısı keçəcəklər. Həmin yarışlar 27 – 29 mayda Almaniyanın Duysburq şəhərində təşkil ediləcək Dünya Kubokunun III mərhələsi, 17 – 19 iyunda Serbiyanın paytaxtı Belqradda keçiriləcək Avropa çempionatı, 17 – 21 avqustda Macarıstanın Seqed şəhərində baş tutacaq 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya çempionatı olacaq. Kayak və kanoeçilərimiz, eyni zamanda, 1 – 4 sentyabrda Böyük Britaniyanın Eton şəhərində London olimpiadası öncəsi test yürüşündə qüvvələrini sınayacaqlar.
Əsas hədəf Azərbaycanın müstəqillik tarixində ilk dəfə kayak və kanoe növləri üzrə olimpiadaya lisenziyalar qazanmaq və gələn il Londonda daha çox idmançı ilə təmsil olunmaqdan ibarətdir. 4 ayadək davam edəcək səfər məhz bu hədəfə çatmaq üçün təşkil olunub.

Oxşar yazılar

"Real"ın liderlərindən biri ayrılmağa hazırlaşır
13 may 2025 , 19:46
"Real" "Barselona"nın futbolçusunu transfer edə bilər
13 may 2025 , 18:13
Ançelottinin Braziliya millisindəki maaşı məlum oldu
13 may 2025 , 13:58
Alman futbolunun əfsanəsi vətəninə qayıtmaq istəmir: Qızı üçün qorxur
13 may 2025 , 11:10
"İnter"in PSJ, "Mançester Siti" və ya "Bavariya" qədər büdcəsi yoxdur - İnzaqi
12 may 2025 , 19:07
Ançelottinin yeni ünvanı rəsmən AÇIQLANDI
12 may 2025 , 18:32
FHN-in kişilərdən ibarət basketbol komandası çempion oldu
12 may 2025 , 17:55