“Qəbələ”nin futbolçuları dünya yığmasının heyətində!
23 aprel 2011 13:54 (UTC +04:00)

“Qəbələ”nin futbolçuları dünya yığmasının heyətində!

Klubun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bunlar 14 yaşlılardan ibarət komandanın üzvləri Fərid Əsədli və Bəhlul Mustafazadədir.

Türkiyənin Kuşadası şəhərində “II Vodafone Beynəlxalq Turniri”ndə iştirak edən “Qəbələ” ¼ finalda İngiltərənin “Sauthempton” klubuna 0:1 hesabı ilə uduzaraq mükafatçılar sırasına düşmək şansını itirsə də, komandanın iki üzvü turnir təşkilatçılarının diqqətinin xüsusilə cəlb edib. Türkiyə və xarici klubların ən yaxşı oyunçularından qurulmuş yerli və dünya yığmalarının qarşılaşmasına dəvət olunanlar arasında həmyerlilərimiz də var. Digər iştirakçılardan fərqli olaraq, 14 yox, 13 yaşa malik hücumçu Fərid Əsədli vurduğu qollarla, stopper Bəhlul Mustafazadə isə müdafiənin mərkəzində göstərdiyi inamlı oyunla xoş təəssürat oyadaraq dünya yığmasının heyətinə daxil ediliblər. Saat 16:00-da başlanacaq görüş Türkiyənin NTV Spor telekanalı ilə canlı yayımlanacaq.

Qeyd edək ki, turnir çərçivəsində keçirilmiş seminarda Türkiyə Futbol Federasiyasının Futbol Şöbə direktoru Ərsun Yanal, onun müavinləri Cezmi Turan, Tevfik Eroğlu, eləcə də, İngiltərənin “Çelsi”, “Sauthempton” və Hollandiyanın “PSV Eydhoven” klublarının akademiya nümayəndələri çıxış ediblər. “Qəbələ”ni Futbol Akademiyasının direktor müavini Nail Kərimov, məşqçilər Rəcəp Yazıcı, Sərdar Qafarov və Teymur Musayev təmsil ediblər. İki günü əhatə edən seminarda əcnəbi klublar akademiyalarının strukturu, iş mexanizmi, TFF rəhbərliyi isə Türkiyədə mövcud akademiya liqaları, onların qurulma tarixləri və hazırkı vəziyyəti haqqında ətraflı məlumat verib, eləcə də, yeniyetmə futbolçunun yetişmə prosesi haqqında öz fikirlərini bölüşüblər. “Qəbələ”nin əməkdaşları ilə şəxsi görüş zamanı Cezmi Turana Azərbaycan futbolu barəsində ətraflı məlumat verilib. TFF nümayəndəsi ölkəmizi ziyarət etməkdə və futbolumuz haqqında məlumat almaqda maraqlı olduğunu bildirib. Eyni zamanda dünyanın ən güclü futbol akademiyalarından birinə sahib olan PSV klubunun təmsilçiləri ilə fikir mübadiləsi aparılıb və qarşıdakı illərdə əməkdaşlıq etməyin mümkünlüyü barədə razılıq əldə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 556

Oxşar yazılar