“Real” İspaniya kubokunun sahibi oldu - FOTO
21 aprel 2011 10:32 (UTC +04:00)

“Real” İspaniya kubokunun sahibi oldu - FOTO

Lent.az-ın məlumatına görə, “kral klubu” tarixində 18-ci dəfə İspaniya Kubokuna sahib olub.

Mourinyonun komandası finalda əzəli rəqibi “Barselona”nı məğlub edib. Matçın əsas vaxtı qolsuz bərabərliklə nəticələnib. 69-cu dəqiqədə hakim “Barselona”nın hücumçusu Pedro Rodrigesin vurduğu qolu hakim saymayıb. Səbəb kimi Pedronun oyundankənar vəziyyətdə olması göstərilib. “Real” əlavə vaxtda istəyinə çatıb. 103-cü dəqiqədə komandanın lideri Kriştianu Ronaldu qələbə topunu vurub - 1:0.
Qeyd edək ki, “Real” və “Barselona” komandaları Çempionlar Liqasının yarımfinal mərhələsində də 2 dəfə qarşılaşacaqlar. Həmin görüşlər aprelin 27-si və mayın 3-də keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 881

Oxşar yazılar