“El-klassiko”: 18 günün 2-cisi
Lent.az-ın məlumatına görə, bu “el-klassiko”dan İspaniya Kubokunun taleyi asılı olacaq.
Final görüşü Valensiya şəhərindəki “Mestalya” stadionunda keçiriləcək. Həmin arenada barışmaz rəqiblər cəmi 2 dəfə görüşüblər. 1936-cı ildə paytaxt komandası 2:1, 1990-cı ildə isə Kataloniya təmsilçisi 2:0 hesabı ilə qalib gəlib. Ümumiyyətlə, “Real Madrid” İspaniya Kubokunun finalında “Barselona”nı 2 dəfə (1936, 1974) məğlub edib. “Barsa”nın aktivində isə 3 qələbə (1968, 1983, 1990) var. Madridlilər finala hamıdan çox çıxsalar da, turnirdəki qələbə sayında (17) “Barselona” (25) və “Atletik”ə (23) uduzurlar.
Bu görüş “Real Madrid” üçün daha vacib əhəmiyyətə malikdir. Aprelin 16-da 1:1 hesablı heç-heçə ilə nəticələnən görüşdən sonra “kral klubu” lider “Barselona” ilə 8 xallıq fərqi azalda bilməyib. Artıq Madrid təmsilçisinin qızıl medal ümidləri tükənməkdədir. Əvəzində baş məşqçi Joze Mourinyonun komandası ölkə kuboku və Çempionlar Liqasında qələbəyə ümidlidir. Onlar Avropanın ən nüfuzlu klub turnirinin yarımfinalında da qarşılaşacaqlar. İlk görüş aprelin 27-də Madriddə, cavab oyunu isə mayın 3-də Barselonada olacaq. Beləliklə, barışmaz rəqiblər 18 gün ərzində 3 yarışda 4 dəfə üz-üzə gələcəklər.
Bugünkü matça hər iki komanda itkilərlə çıxacaq. Viktor Valdes Ukrayna “Şaxtyor”u ilə Çempionlar Liqasının ¼ final matçında xəsarət aldığından, qapını yenə Pinto qoruyacaq. Kapitan Karles Puyol və Adriano da zədə üzündən görüşü buraxa bilər. “Real Madrid”in heyətində isə Lassana Diarra və Fernando Qaqodan əlavə, Sami Xedira və Raul Albiol çıxış etməyə bilər.
Qeyd edək ki, ötən şənbə İspaniya çempionatı çərçivəsində keçirilmiş “el-klassiko”da qolları komandaların liderləri Kriştianu Ronaldu və Lionel Messi penalti zərbələrindən vurublar. İlk dövrədəki görüşdə isə “Barselona” 5:0 hesablı qələbə qazanıb.

Oxşar yazılar

Haaland yayda "Mançester Siti"ni tərk edə bilər
14 may 2025 , 18:46
Ançelotti “Qızıl top”un sahibini yeni komandasına dəvət etdi
14 may 2025 , 17:26
Fabreqasa söz verildi: Yay transferlərinə 100 milyon avro ayrılacaq
14 may 2025 , 14:24
"Yuventus"un yeni baş məşqçisi o olacaq
14 may 2025 , 12:12
“Mançester Yunayted” ingiltərəli hücumçunu almaq yarışında birincidir
14 may 2025 , 09:37
"Real"ın liderlərindən biri ayrılmağa hazırlaşır
13 may 2025 , 19:46
"Real" "Barselona"nın futbolçusunu transfer edə bilər
13 may 2025 , 18:13