AFFA UNİCEF-lə tərəfdaşlığı əməkdaşlığa çevirdi
Lent.az-ın məlumatına görə, assosiasiyanın inzibati binasında baş tutan mərasimdə sənədə AFFA-nın baş katibi Elxan Məmmədov və UNİCEF-in Azərbaycandakı nümayəndəsi Mark Herevard imza atıb.
Memorandum bir sıra məsələləri özündə ehtiva edir. Qarşılıqlı razılaşmaya əsasən, AFFA və UNİCEF idman vasitəsilə uşaq, yeniyetmə və gəncləri sağlam həyat tərzinə istiqamətləndirmək məqsədilə birgə layihələr həyata keçirəcəklər. Daha çox sayda qızların futbola cəlb olunması, qadın məşqçilərin sayının artırılması üçün müvafiq işlər görüləcək. Futbolla məşğul olan qızlar öz həmyaşıdları arasında uşaq hüquqlarının qorunmasını və sağlam həyat tərzini təbliğ edəcəklər. Bütün regionlarda qızlar arasında futbolun təbliği məqsədilə 17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandasının üzvləri tərəfindən “master-klass”ların, “U-16 UNİCEF qızlar Liqası”nda çıxış edən komandaların iştirakı ilə müxtəlif bölgələrdə oyunların keçirilməsi, həmçinin qızlar üçün yay düşərgələrinin təşkili, bu düşərgələrə valideynlərin və məktəblərin cəlb olunması nəzərdə tutulub.
Qeyd edək ki, 2007-ci il sentyabrın 14-də AFFA ilə UNİCEF arasında tərəfdaşlıq memorandumu imzalanıb. Həmin memorandum çərçivəsində bir sıra layihələr həyata keçirilib.

Oxşar yazılar

Ançelotti “Qızıl top”un sahibini yeni komandasına dəvət etdi
14 may 2025 , 17:26
Fabreqasa söz verildi: Yay transferlərinə 100 milyon avro ayrılacaq
14 may 2025 , 14:24
"Yuventus"un yeni baş məşqçisi o olacaq
14 may 2025 , 12:12
“Mançester Yunayted” ingiltərəli hücumçunu almaq yarışında birincidir
14 may 2025 , 09:37
"Real"ın liderlərindən biri ayrılmağa hazırlaşır
13 may 2025 , 19:46
"Real" "Barselona"nın futbolçusunu transfer edə bilər
13 may 2025 , 18:13
Ançelottinin Braziliya millisindəki maaşı məlum oldu
13 may 2025 , 13:58