2 dəfə dopinq cəzası alan idmançımız Avropa çempionatında çıxış edəcək - EKSKLÜZİV
20 aprel 2011 13:25 (UTC +04:00)

2 dəfə dopinq cəzası alan idmançımız Avropa çempionatında çıxış edəcək - EKSKLÜZİV

Onun sözlərinə görə, Şıxəlizadə aprelin 21-də Türkiyənin İstanbul şəhərində kişi və qadınlar arasında start götürəcək Avropa çempionatında mübarizə aparılacaq: “Artıq Şıxəlizadə 4 illik cəzasını başa vurub. Onun Avropa çempionatında mübarizə aparması üçün heç bir problem yoxdur. Nicat əvvəlki kimi, yenə 60 kq çəki dərəcəsində çıxış edəcək. Həmin çəkidə digər təmsilçimiz isə İlqar Müşkiyev olacaq”.

Yelizarov uzun müddət yarış praktikasının olmamasına baxmayaraq, Şıxəlizadədən yenə medal gözlədiklərini bildirib. Federasiya rəsmisinin fikrincə, cüdoçumuz cəzalı olduğu müddətdə fərdi qaydada məşğul olub və yenidən uğurlarını davam etdirmək iqtidarındadır. Avropa çempionatında Şıxəlizadə və Müşkiyevdən əlavə, kişilərdən Tərlan Kərimov, Samir Dadaşzadə (hər ikisi 66 kq), Rinat Mirzəliyev, Ramil Qasımov (hər ikisi 73 kq), Elnur Məmmədli, Elxan Rəcəbli (hər ikisi 81 kq), Elxan Məmmədov (90 kq), Elmar Qasımov, Sain Məmmədov (hər ikisi 100 kq), Emil Tahirov (+100 kq), qadınlardan isə Kifayət Qasımova (57 kq) və Ramilə Yusubova (63 kq) mübarizə aparacaq.

Qeyd edək ki, Nicat Şıxəlizadə 2007-ci ildə Belarusun paytaxtı Minskdə Azərbaycan yığmasının keçirdiyi təlim-məşq toplantısı zamanı dopinq-testdən keçə bilməyib. Onun orqanizmindən istifadəsi qadağan olunmuş furosemid preparatı tapılıb. 2005-ci il Avropa çempionatında da eyni halla üzləşmiş Şıxəlizadə bu dəfə 2 il yox, 4 il müddətinə diskvalifikasiya olunub.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1578

Oxşar yazılar