“Spartak”ın yeni baş məşqçisi müəyyənləşdi
Lent.az-ın “Sovetskiy Sport”a istinadən verdiyi məlumata görə, Moskva “Dinamo”sunun sabiq baş məşqçisi Andrey Kobelev bu postu tutmağa razılıq verib. Kobelevlə 2 illik, yəni, 2012-2013-cü il mövsümünün sonunadək müqavilə bağlanılacaq. Yaxın vaxtlarda yeni baş məşqçi öz köməkçilərini açıqlayacaq. Təyinat barədə rəsmi məlumat hələ verilmir. “Spartak”ın sahibi Leonid Fedun yeni baş məşqçinin aprelin 21-də açıqlanacağını bildirib. O, namizədlər arasında əcnəbi mütəxəssisin də olduğunu deyib, lakin Kobelevin namizədliyini jurnalistlərlə müzakirə etməkdən boyun qaçırıb.
Qeyd edək ki, “Spartak”ın baş məşqçi postu aprelin 18-də boşalıb. Bu vəzifədən istefa verən Valeri Karpin klubun baş direktoru olacaq. Karpinin rəhbərliyi altında “Spartak”ın son matçı aprelin 20-də “Krasnodar”la Rusiya Kuboku qarşılaşmasına təsadüf edəcək.
Andrey Kobelev isə 2006 – 2010-cu illərdə “Dinamo”nun baş məşqçisi olub. Onun dövründə “Dinamo” 2008-ci ildə Rusiya çempionatının bürünc medallarını qazanıb. Kobelev aprelin 21-dən “qırmızı-ağlar”ı ilk məşqə çıxaracaq.

Oxşar yazılar

Haaland yayda "Mançester Siti"ni tərk edə bilər
14 may 2025 , 18:46
Ançelotti “Qızıl top”un sahibini yeni komandasına dəvət etdi
14 may 2025 , 17:26
Fabreqasa söz verildi: Yay transferlərinə 100 milyon avro ayrılacaq
14 may 2025 , 14:24
"Yuventus"un yeni baş məşqçisi o olacaq
14 may 2025 , 12:12
“Mançester Yunayted” ingiltərəli hücumçunu almaq yarışında birincidir
14 may 2025 , 09:37
"Real"ın liderlərindən biri ayrılmağa hazırlaşır
13 may 2025 , 19:46
"Real" "Barselona"nın futbolçusunu transfer edə bilər
13 may 2025 , 18:13