Səyavuş Novruzov: “Bu, inkişaf yolunda atılan çox inamlı addımdır”
Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, millət vəkillərindən formalaşan komandanın heyətində Fazil Qəzənfəroğlu, Səyavuş Novruzov, Azay Quliyev, Etibar Hüseynov, Zahid Oruc, Adil Əliyev, Xanlar Fətiyev, Asəf Haciyev, Qüdrət Həsənquliyev yer alıb.
Veteran futbolçuların komandasında isə Musa Qurbanov, Asim Xudiyev, Oqtay Abdullayev, Nazim Əliyev, Şahin Diniyev çıxış edib. Adətən, yoldaşlıq qarşılaşmasının nəticəsi elə də önəmli sayılmır. Bununla belə meydanda əsl mübarizə gedib. Sonda isə dostluq qalib gəlib.
Oyundan sonra millət vəkillərindən ibarət komandanın kapitanı, YAP gənclər təşkilatının sədri Səyavuş Novruzov fikirlərini belə ifadə edib: “Bakı” futbol klubu Azərbaycanda azarkeşlik etdiyim klublardan biridir. Mütəmadi olaraq bu klubun oyunlarında iştirak edirəm. Qeyd edim ki, klub istər Avropa, istərsə də ölkədaxili yarışlarda layiqincə çıxış edir. Bu gün “Bakı”nın təlim-məşq bazası ilə tanış oldum. Cəmi 18 ay ərzində Azərbaycanda belə bir möhtəşəm idman kompleksi yaradılıb. Bu, inkişaf yolunda atılan çox inamlı addımdır. Başda klub prezidenti olmaqla bütün kollektivinizə, məşqçi heyətinə təşəkkürümüzü bildiririk ki, el-el, oba-oba gəzərək ümidverən yeniyetmələri, gəncləri bura toplamısınız, onların idmanla məşğul olması üçün şərait yaratmısınız. Bütün futbolçulara seçdikləri çətin peşədə böyük uğurlar arzu edirəm”.

Oxşar yazılar

Mourinyo ingilis ulduzu "Fənərbağça"ya gətirmək niyyətindədir
14 may 2025 , 19:46
Haaland yayda "Mançester Siti"ni tərk edə bilər
14 may 2025 , 18:46
Ançelotti “Qızıl top”un sahibini yeni komandasına dəvət etdi
14 may 2025 , 17:26
Fabreqasa söz verildi: Yay transferlərinə 100 milyon avro ayrılacaq
14 may 2025 , 14:24
"Yuventus"un yeni baş məşqçisi o olacaq
14 may 2025 , 12:12
“Mançester Yunayted” ingiltərəli hücumçunu almaq yarışında birincidir
14 may 2025 , 09:37
"Real"ın liderlərindən biri ayrılmağa hazırlaşır
13 may 2025 , 19:46