“Baku Fires” Fransada hakim qərəzi və ermənilərin təxribat cəhdi ilə üzləşdi
18 aprel 2011 14:19 (UTC +04:00)

“Baku Fires” Fransada hakim qərəzi və ermənilərin təxribat cəhdi ilə üzləşdi

Lent.az-ın məlumatına görə, bu barədə komandamızın baş məşqçisi Həmzət Ağayev Azərbaycan Boks Federasiyasının rəsmi saytına açıqlamasında bildirib.

O, “Baku Fires”in 0:5 hesablı məğlubiyyətində hakim səhvlərinin rolunu qabardıb: “Paris United” – “Baku Fires” qarşılaşması canlı yayımlandığından hamı orada nələrin baş verdiyini gördü. 85 kq çəki dərəcəsində mübarizə aparan Rizvan Əlimuradov Hrvoje Sepi məğlub etmişdi. Amma 2 avropalı hakim 48:47 hesabı ilə qələbəni rəqibə verdi. Halbuki argentinalı referi Əlimuradovun 50:45 hesabı ilə qələbə qazandığını qeydə aldı. Hakimlər arasında bu dərəcədə fikir ayrılığı necə yarana bilər? 4-cü raunddan sonra 2 avropalı hakim hesabın bərabər olduğunu bildirib. 5-ci raundda da Əlimuradov rəqibindən zəif təsir bağışlamadı. Amma həmin 2 hakim nədənsə, fikrini dəyişdi”.

Ağayev Parisdəki qeyri-obyektivliklə bağlı WSB Liqasına etiraz məktubu göndərdiklərini bildirib: ”Biz Rizvan Əlimuradovun görüşünün nəticəsinin ləğv olunmasını istəyirik. Bununla yanaşı, Mişel Tavares – Soltan Migitinov döyüşü ilə də bağlı protest vermişik. Həmin görüşdə də hakim səhvləri olub. WSB Liqasının obyektiv qərar qəbul edəcəyinə ümid edirik. Əgər Parisdə 1:4 hesabı ilə uduzsaydıq, finala biz vəsiqə qazanacaqdıq. Çünki xal fərqində üstünlük bizim tərəfimizdə idi. Bu mövsüm “Baku Fires” liqanın ən yaxşı komandalarından idi. Hakim qərəzi ucbatından liqa ilə ayrılmaq istəməzdik. Bu mövsüm bizə böyük dəstək olan federasiya rəhbərliyinə, boks həvəskarlarına təşəkkür edirəm”.

“Baku Fires”in baş məşqçisi Fransadakı ermənilərin idman sarayına gələrək, “Paris United”ə dəstək olduqlarını söyləyib: “Onlar kənardan müxtəlif sözlər ataraq, bizim boksçuları təxribata çəkmək istəyirdilər. Ona görə də Əlimuradov əsəblərini cilovlaya bilmədi. Azarkeşlər boksçumuza ədəbsiz jest göstərdilər. Görüşdə sonadək bizə dəstək olan azərbaycanlı azarkeşlərə təşəkkür edirəm”.

Qeyd eədk ki, “Baku Fires” ilk görüşdə “Paris United”i 4:1 hesabı ilə məğlub etsə də, cavab qarşılaşmasında 0:5 hesabı ilə uduzub. WSB Liqası komandamızın etirazına aprelin 19-da baxacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 439

Oxşar yazılar