Unibank Premyer Liqası: Son çempion da belə getdi...
18 aprel 2011 11:05 (UTC +04:00)

Unibank Premyer Liqası: Son çempion da belə getdi...

Lent.az-ın məlumatına görə, ilk “6-lıq”dakı görüşlərdən sonra çempionluq uğrunda mübarizəni davam etdirəcək klubların sayı 4-ə enib.

Ölkə kubokunun son qalibi “Bakı”nın ardından qızıl medalların ötənilki sahibi “İnter” də çempionluqdan rəsmən əlini üzüb. Qalan 5 turda birincilik uğrunda mübarizə “Neftçi”, “Xəzər Lənkəran”, “Qarabağ” və AZAL arasında gedəcək. Amma “Neftçi”nin çempionluq şansları xeyli yüksəlib. Buna flaqmanın AZAL üzərində qələbəsinə rəğmən, “Xəzər Lənkəran”la “Qarabağ”ın müvafiq olaraq, “İnter” və “Bakı” ilə görüşlərdə xal itirməsi səbəb olub. Nəticədə, “Neftçi” ilə ən yaxın rəqibi “Xəzər Lənkəran” arasındakı xal fərqi 8-ə yüksəlib. “Bakı”nın futbolçusu Mahmud Qurbanov isə “Qarabağ”la görüşdə meydançaya çıxmaqla, Azərbaycan çempionatları tarixində 400-cü oyununu keçirib.

İkinci “6-lıq”dakı görüşlərdə isə gözlənilməz nəticə qeydə alınmayıb. “Qəbələ” “Simurq”u darmadağın edib, “Muğan” “Turan”ı yenib. “Gəncə” isə Mehman Allahverdiyevin rəhbərliyi altında ilk qələbəsini Bakıda MOİK üzərində qazanıb.

16 aprel (şənbə)

“Muğan” (Salyan) – “Turan” (Tovuz) – 2:1

Samuel Barlay, 14. Angel Qutierrez, 20 - Cavid Tağıyev, 5

“Bakı” – “Qarabağ” (Ağdam) – 0:0

“Xəzər Lənkəran” – “İnter” (Bakı) – 1:1

Uinston Parks, 18 - David Odikadze, 28

17 aprel (bazar)

MOİK (Bakı) – “Gəncə” (Bakı) – 0:2

Armand Feutçine, 4. Sabir Allahquliyev, 18

“Qəbələ” – “Simurq” (Zaqatala) – 3:0
Milan Antiç, 34. Lyuba Baranin, 55. Kristian Torres, 88

“Neftçi” (Bakı) – AZAL (Bakı) – 2:1
Rəşad Abdullayev, 49. Emil Mpenza, 51 - Zohair Benuahi, 6

Turnir cədvəli


 

Komanda

O

Q

H

M

Qollar

Xallar

1

Neftçi

27

17

8

2

47-12

59

2

Xəzər Lənkəran

27

14

9

4

30-15

51

3

Qarabağ

27

15

5

7

33-16

50

4

AZAL

27

12

9

6

31-19

45

5

İnter

27

12

7

8

27-22

43

6

Bakı

27

9

9

9

29-24

36

7

Qəbələ

27

11

9

7

28-17

42

8

Muğan

27

9

8

10

21-28

35

9

Gəncə

27

6

11

10

27-31

29

10

Turan

27

6

6

15

21-39

24

11

Simurq

27

3

6

18

15-43

15

12

MOİK

27

2

5

20

9-52

11



Bombardirlər: Bahodir Nasimov (“Neftçi”) – 15, Georgi Adamiya (“Qarabağ”) - 12 qol.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 635

Oxşar yazılar