Ronaldu “Barselona” ilə oyuna yeni adlı butsla çıxacaq - FOTO
Lent.az-ın “Nike” şirkətinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, “kral klubu”nun lideri “CR Mercurial Vapor Superfly Iil” modelli butslarla oynayacaq.
Bu, 26 yaşlı yarımmüdafiəçi üçün adlı butsların ikinci nəslidir. Butsun əsas xüsusiyyəti yeni dizaynıdır. Ayaqqabının qara səthi işığı özünə çəkmə effekti yaradır. Bu fonda parlaq-yaşılı cizgi elementləri və loqotip daha yaxşı seçilir.
Ronaldu gözəl butslardan xoşunun gəldiyini, idman butsunun dizaynına isə bütün futbolçuların diqqət ayırdığını etiraf edib: “Çoxları deyir ki, dizayn vacib deyil. Amma əslində onların özləri belə düşünmürlər”.
“Barselona” ilə oyuna gəldikdə, Ronaldu bildirib ki, bir qədər həyəcanlıdır. Lakin o, yaxşı formada olduğunu və meydançaya çıxacağı anı səbirsizliklə gözlədiyini bildirib.
Qeyd edək ki, İspaniya çempionatının sonuna 7 tur qalmış “Barselona” birinci pillədədir və ən yaxın rəqibi “Real Madrid”i 8 xal qabaqlayır. Yaxın vaxtlarda bu komandalar bir-biri ilə 4 dəfə qarşılaşacaqlar. 16 aprel matçından sonra onlar aprelin 20-də İspaniya Kubokunun finalında, aprelin 27-də və mayın 3-də isə Çempionlar Liqasının yarımfinalında üz-üzə gələcəklər.

Oxşar yazılar

“Qalatasaray” Türkiyə kubokunun qalibi oldu
14 may 2025 , 23:47
“Neftçi” məğlub oldu - “Sabah” ÇEMPİON
14 may 2025 , 22:00
Mourinyo ingilis ulduzu "Fənərbağça"ya gətirmək niyyətindədir
14 may 2025 , 19:46
Haaland yayda "Mançester Siti"ni tərk edə bilər
14 may 2025 , 18:46
Ançelotti “Qızıl top”un sahibini yeni komandasına dəvət etdi
14 may 2025 , 17:26
Fabreqasa söz verildi: Yay transferlərinə 100 milyon avro ayrılacaq
14 may 2025 , 14:24
"Yuventus"un yeni baş məşqçisi o olacaq
14 may 2025 , 12:12