Elvin Məmmədov: “Bakı”ya qarşı yaxşı oynamağımın xüsusi səbəbi yoxdur”
15 aprel 2011 16:08 (UTC +04:00)

Elvin Məmmədov: “Bakı”ya qarşı yaxşı oynamağımın xüsusi səbəbi yoxdur”

Lent.az-ın məlumatına görə, bu fikirləri Ağdamın “Qarabağ” klubunun və Azərbaycan yığmasının futbolçusu Elvin Məmmədov deyib.

Klubun rəsmi saytına açıqlama verən 23 yaşlı yarımmüdafiəçi bildirib ki, o, bütün oyunlara sona qədər motivasiya olmağa çalışır. Məmmədovun fikrincə, aprelin 16-da “Bakı” ilə Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcəkləri oyun qırılma nöqtəsi ola bilər: “Rəqibimiz yaxşı komandadır. Baxmayaraq ki, final mərhələsində qələbə qazana bilməyib. Ona görə də 3 xal üçün meydana çıxacaqlar. Bizim üçün “Bakı” ilə oyun cox vacibdir. Ən azı, yenidən 2-ci pilləyə yüksəlmək üçün önəmlidir. AZAL əla sürət yığıb. Artıq nəfəsini hiss etdirir. Son 2 oyunda qələbə qazanmasaq da, elə də pis oynamadıq. “Bakı” ilə oyun qırılma nöqtəsi ola bilər. Təbii ki, bütün oyunlarda olduğu kimi bu matça da 3 xal üçün çıxacağıq. Gərgin oyun olacaq. Amma inanıram ki sonda sevinən “Qarabağ” olacaq”.

Qeyd edək ki, “Bakı” – “Qarabağ” matçı saat 18:00-da başlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1240

Oxşar yazılar