Hakimi yumruqlayan erməni boksçu cəzalandırıldı
Lent.az-ın “fightnews.com”a istinadən verdiyi məlumata görə, insident aprelin 9-da onun Robert Ştiqlitslə döyüşündən dərhal sonra baş verib.
Döyüşün 10-cu raundunda Gevor diskvalifikasiya edilib. O, hakim Manfred Küxlerə bir neçə zərbə endirdikdən sonra təhqir etməyə başlayıb. Əsl adı Gevorqyan olan Xoren Gevor Ermənistan əsilli olsa da, Almaniyada çıxış edir. O, Robert Ştiqlitslə WBO (Ümumdünya Boks Təşkilatı) versiyası üzrə 76,2 kq çəki dərəcəsində döyüşüb. Gevorun diskvalifikasiyası üzündən Ştiqlits döyüşün qalibi elan olunub. Döyüş ərzində Küxler erməni boksçuya kobudluğu ilə əlaqədar bir neçə dəfə xəbərdarlıq edib. Diskvalifikasiyaya səbəb rəqiblərin birgə yerə yıxılması zamanı kəllə-kəlləyə toqquşması olub. Həmin epizodda Ştiqlitsin üzündən güclü qan açılıb. Referi isə insidentin günahkarı qismində Gevoru görüb.
Aprelin 12-də erməni boksçu hakimdən rəsmən üzr istəyərək, öz hərəkətini yolverilməz adlandırıb. Bununla belə, Gevor Ştiqlitsin üzündən açılan qanda özünü günahkar görmədiyini vurğulayıb. 6 aylıq diskvalifikasiyanı Almaniya Boks Federasiyası çıxarıb. Federasiya prezidenti Tomas Püts cəzanın yüngüllüyünü Küxlerin Gevorun üzrxahlığını qəbul etməsi və boksçunu həddən artıq ciddi cəzalandırmamaq xahişi ilə əlaqələndirib.

Oxşar yazılar

“Qalatasaray” Türkiyə kubokunun qalibi oldu
14 may 2025 , 23:47
“Neftçi” məğlub oldu - “Sabah” ÇEMPİON
14 may 2025 , 22:00
Mourinyo ingilis ulduzu "Fənərbağça"ya gətirmək niyyətindədir
14 may 2025 , 19:46
Haaland yayda "Mançester Siti"ni tərk edə bilər
14 may 2025 , 18:46
Ançelotti “Qızıl top”un sahibini yeni komandasına dəvət etdi
14 may 2025 , 17:26
Fabreqasa söz verildi: Yay transferlərinə 100 milyon avro ayrılacaq
14 may 2025 , 14:24
"Yuventus"un yeni baş məşqçisi o olacaq
14 may 2025 , 12:12