Hiddink “Çelsi”yə buraxılmadı
Lent.az-ın məlumatına görə, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) rəsmisi Türkər Tazar “Daily Telegraph”a bildirib.
Tazar qeyd edib ki, TFF ötən həftə Hollandiya “Ayaks”ına da rədd cavabı verib. Onun sözlərinə görə, Hiddinkin federasiya ilə müqaviləsi yığmada və klubda iki işi yerinə yetirməsinə imkan vermir: “Bu, müqavilənin konkret bəndidir və TFF prezidenti onu dəyişməyə hazırlaşmır. Biz anlayırıq ki, Roman Abramoviç kimi insanlar Hiddinki diqqətdə saxlayırlar. Lakin istənilən təklif tərəfimizdən geri çevriləcək. Siz onun karyerasına nəzər yetirsəniz, hollandiyalı mütəxəssisin daim müqaviləsini sonadək yerinə yetirdiyini görərsiniz. Bundan başqa Hiddink bizə deyib ki, Türkiyə yığması onun karyerasında son iş yeri ola bilər. Biz istərdik ki, o millimizi 2014-cü il dünya çempionatının final mərhələsinə çıxarsın”.
Qeyd edək ki, Türkiyə yığması 2012-ci il Avropa çempionatının seçmə qrup mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alıb. Bakıdakı görüşdə millimiz 1:0 hesabı ilə qalib gəlib. Qardaş ölkədəki qarşılaşma isə 11 oktyabrda keçiriləcək.

Oxşar yazılar

“Qalatasaray” Türkiyə kubokunun qalibi oldu
14 may 2025 , 23:47
“Neftçi” məğlub oldu - “Sabah” ÇEMPİON
14 may 2025 , 22:00
Mourinyo ingilis ulduzu "Fənərbağça"ya gətirmək niyyətindədir
14 may 2025 , 19:46
Haaland yayda "Mançester Siti"ni tərk edə bilər
14 may 2025 , 18:46
Ançelotti “Qızıl top”un sahibini yeni komandasına dəvət etdi
14 may 2025 , 17:26
Fabreqasa söz verildi: Yay transferlərinə 100 milyon avro ayrılacaq
14 may 2025 , 14:24
"Yuventus"un yeni baş məşqçisi o olacaq
14 may 2025 , 12:12