“Baku Fires” Parisi “partlada” biləcəkmi?
Fransa klubu komandamızın qarşısına güclü heyətlə çıxacaq. Ən yüngül çəkidə 2012-ci il Pekin Yay Olimpiya Oyunlarına lisenziya uğrunda qazaxıstanlı Kanat Abutalipovla döyüşəcək Nordin Ubali meydan sahiblərinin ən güclü idmançılarından biridir. O, “Baku Fires”in ən gənc üzvlərindən olan 18 yaşlı Tuqstsoqt Nayambayarla üz-üzə gələcək. Monqolustan boksçusu hələ 17 yaşında ikən İtaliyanın Milan şəhərində keçirilmiş dünya çempionatında gümüş medala layiq görülüb.
61 kq çəki dərəcəsində Koba Pxakadzenin rəqibi Raçid Azzedin olacaq. Fransalı idmançı bu mövsüm WSB Liqasında 5 qələbə qazanıb. 27 yaşlı Pxakadzenin aktivində isə cəmi bir qələbə var.
London olimpiadasına lisenziya uğrunda vuruşacaq Soltan Migitinov bu görüşdə də komandamızın əsas qələbə ümidlərindəndir. Onun rəqibi Mişel Tavares bu mövsüm yalnız ukraynalı Sergey Derevyançenkoya uduzub. Derevyançenko mayın 27-də fərdi döyüşdə Migitinovla qarşılaşacaq.
85 kq çəki dərəcəsində Rizvan Əlimuradovun rəqibi xorvatiyalı Hrvoje Sep olacaq. “Baku Fires”in üzvü Əlimuradov bu mövsüm 3 görüşdə yalnız bir qələbə qazanıb.
Komandamızın ən məhşur üzvü – Sergey Xaritonov bu dəfə Filip Hrqoviçi nokauta salmağa çalışacaq. Rusiyalı ulduz WSB Liqasında ilk görüşündə Avusone Yekenini cəmi bir neçə saniyəyə təslim olmağa məcbur etmişdi. 18 yaşlı Hrqoviç 2010-cu ildə Bakıda keçirilmiş gənclər arasında dünya birinciliyinin qalibidir.
Qeyd edək ki, digər yarımfinal görüşündə “Los Angeles Matadors” “Astana Arlans” klubunu qəbul edəcək. Bu komandaların ilk görüşündə Qazaxlstan komandası 4:1 hesabı ilə qələbə qazanıb. “Paris United” – “Baku Fires” görüşü Bakı vaxtı ilə saat 23.45-də başlayacaq.

Oxşar yazılar

“Qalatasaray” Türkiyə kubokunun qalibi oldu
14 may 2025 , 23:47
“Neftçi” məğlub oldu - “Sabah” ÇEMPİON
14 may 2025 , 22:00
Mourinyo ingilis ulduzu "Fənərbağça"ya gətirmək niyyətindədir
14 may 2025 , 19:46
Haaland yayda "Mançester Siti"ni tərk edə bilər
14 may 2025 , 18:46
Ançelotti “Qızıl top”un sahibini yeni komandasına dəvət etdi
14 may 2025 , 17:26
Fabreqasa söz verildi: Yay transferlərinə 100 milyon avro ayrılacaq
14 may 2025 , 14:24
"Yuventus"un yeni baş məşqçisi o olacaq
14 may 2025 , 12:12