MDB-nin idman nazirləri Bakıda iclas keçirəcəklər
13 aprel 2011 15:37 (UTC +04:00)

MDB-nin idman nazirləri Bakıda iclas keçirəcəklər

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iclasda bir sıra məsələlərin müzakirəsi nəzərdə tutulub.

Həmin məsələlərə MDB-nin 20 illiyinə həsr olunan idman və gənclər sahəsini əhatə edəcək planların, 2012-ci ildə MDB-də elan olunacaq Bədən Tərbiyəsi və İdman ili ilə bağlı müxtəlif tədbirlərin, 2011-2012-ci illər üçün MDB-də humanitar sahədə prioritet tədbirlər planının həyata keçirilməsi ilə bağlı MDB Hökumət başçılarının qərarı, 2020-ci ilə qədər MDB-yə üzv Dövlətlərin beynəlxalq gənclər sahəsində əməkdaşlığı haqqında strategiyanın, MDB-yə üzv ölkələrin əlillərinin sosial reabilitasiyası ilə bağlı proqramın və digər mövzuların müzakirəsi nəzərdə tutulub.

2 gün davam edəcək iclas çərçivəsində qonaqlar Fəxri Xiyabanda mərhum prezident Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanını ziyarət edəcək, İdman Mərkəzi, Tennis Akademiyası, Sərhədçi Olimpiya İdman Kompleksində olacaqlar. Bununla yanaşı qonaqlar Heydər Əliyev Fondunu ziyarət edəcəklər.

MDB-nin Bədən tərbiyəsi və idman üzrə Şurasının iclasında Rusiya, Qazaxıstan, Tacikistan, Belarus, Qırğızıstan, Moldova və digər ölkələrin idmana məsul rəsmilərinin iştirakı gözlənilir. İki gün davam edəcək tədbir “Palas” oteldə (Təhsil nazirliyinin yanı) gerçəkləşəcək.

Qeyd edək ki, 2010-cu il mayın 21-də Rusiyanın Sankt-Peterburq şəhərində MDB Hökumət Başçıları Şurası qurumun 20 illiyinin keçirilməsi barədə qərar qəbul ediblər. Məhz bu qərara müxtəlif tədbirlər planı daxil edilib ki, Bakıda keçiriləcək iclas da yubileyə həsr olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 509

Oxşar yazılar