“Mahir Şükürov kimi futbolçulara “Neftçi”nin ehtiyacı var”
“Bunu gizlətməyin mənası yoxdur. Mahir Şükürov kimi futbolçulara “Neftçi”nin ehtiyacı var. Lakin indiyədək Şükürovla danışığımız olmayıb”.
Bunu Lent.az-a açıqlamasında “Neftçi”nin prezidenti Sadıq Sadıqov deyib. Sadıqov bildirib ki, Azərbaycanın şərəfini qoruyan hər bir futbolçu üçün “Neftçi”nin qapısı açıqdır: “Şükürov da yığmamızın oyunçudur və çox səviyyəli də oyunçudur. Sadəcə, Rusiyanın “Anji” klubu ilə problemlər yaşayıb, hətta müqaviləsinin pozulduğunu da deyirlər. Yəqin ki, növbəti transfer dövründə onunla oturub danışacağıq. Biləcəyik ki, nə var-nə yox. Amma hazırda Şükürovla “Neftçi”yə transferi istiqamətində heç bir söhbət aparmamışıq”.
Klub prezidenti bildirib ki, Şükürov “Anji”də zədələndikdən sonra yığmamızın baş məşqçisi Berti Foqtsun “Neftçi”dəki həmkarı Arif Əsədovdan xahişi əsasında flaqmanın məşqlərinə qatılıb. Futbolçunun komanda ilə birgə məşqləri üçün lazımi şərait yaradılıb: “Mahir bazamıza gəldi, komanda üzvləri tərəfindən çox yüksək səviyyədə qarşılandı və kollektivlə birgə məşq etdi. Şükürov bu gün heç yerdə məşq etmirsə və saytlarda yazıldığı kimi, voleybolla məşğuldursa, yenə deyirəm, “Neftçi”nin qapısı onun üzünə açıqdır. Yəqin ki, Arif müəllim də mənimlə həmfikirdir. Mahir formasını qorumaq üçün məşq edə bilər. Lakin bu, o demək deyil ki, Şükürov “Neftçi” ilə məşq edirsə, gələcəkdə də komandamızın oyunçusu olacaq. Hələ bu haqda danışıqlar olmayıb. Amma bir oyunçu kimi onun “Neftçi”də yeri var və bazamızda məşq etməsinə problem yoxdur. Gəlib, komandamızla birgə məşq prosesində iştirak edə bilər”.
Elşən MƏMMƏDOV

Oxşar yazılar

Yamal ad gününə gəlməsi üçün modelə 20 min avro təklif edib
15 iyul 2025 , 03:43
“Milan” Luka Modriçin transferini açıqladı
14 iyul 2025 , 22:07
Əşrəf Hakimi top modellə sevişir: yeni gözəl cütlük -FOTOLENT
14 iyul 2025 , 19:59
“Arsenal”ın böyük yay həftəsi: 150 milyon xərcləmə planı
14 iyul 2025 , 18:06
PSJ-nin müdafiəçisi klubdan getmək istədiyini AÇIQLADI
14 iyul 2025 , 16:37
"Mançester Yunayted" qapıçı böhranı astanasında - zədəli Onananın yerinə beş namizəd
14 iyul 2025 , 13:43
Yamalın nəhayət 18 yaşı var: Futbolun "ən gənc"inin rekordları
14 iyul 2025 , 11:22