Çempionlar Liqası: Yenə darmadağın olacaq?
İngiltərənin “Çelsi” və “Mançester Yunayted” klubları isə Londonda üz-üzə gələcəklər.
23:45. “Barselona” (İspaniya) – “Şaxtyor” (Ukrayna)
Baş hakim: Kreyq Tomson (Şotlandiya)
Tarixində ilk dəfə Çempionlar Liqasının ¼ finalına yüksələn “Şaxtyor” ötən mərhələdə İtaliyanın “Roma” komandasını səfərdə 3:2, evdə 3:0 hesabı ilə məğlub edib. “Barselona” isə İngiltərədə “Arsenal”a 1:2 hesabı ilə uduzsa da, “Nou Kamp”da qələbə qazanıb – 3:1. Donetsk və Kataloniya komandaları əvvəllər 7 dəfə üz-üzə gəliblər. “Barselona” 4, “Şaxtyor” 2 qələbə qazanıb. 1 oyun isə heç-heçə ilə nəticələnib. Sonuncu Ukrayna – İspaniya qarşıdurması 2009-cu ildə baş tutub. Həmin vaxt “Barsa” əlavə vaxtda “Şaxtyor”u 1:0 hesabı ilə yenərək, UEFA Superkubokunu qazanıb.
Bugünkü görüşdə meydan sahiblərindən Karles Puyol və Erik Abidal, qonaqlardan Aleksandr Kuçer oynamayacaq, Dmitri Çiqrinskinin iştirakı isə sual altındadır.
23:45. “Çelsi” (İngiltərə) – “Mançester Yunayted” (İngiltərə)
Baş hakim: Alberto Undiano Malyenko (İspaniya)
1/8 finalda “Çelsi” Danimarkanın “Kopenhagen” klubunu 2:0, 0:0 hesablı nəticələrlə üstələyib. “Mançester Yunayted” Fransa “Marsel”indən güclü olub – 0:0, 2:1. Bu klublar 2008-ci ildə Çempionlar Liqasının finalınadək irəliləyiblər. Əsas və əlavə vaxt 1:1 hesablı heç-heçə ilə yekunlaşıb, penaltilər seriyasında “Mançester Yunayted” üstün olub – 6:5. Ümumiyyətlə, “zadəganlar” və “qırmızı şeytanlar” bütün turnirlərdə 158 dəfə üs-üzə gəliblər. Baş məşqçi Aleks Ferqyusonun komandası 67 qələbə qazandığı halda, “Çelsi” 44 dəfə sevinib. 47 matçda isə heç-heçə qeydə alınıb.
Bugünkü matçda londonlulara braziliyalı Aleks kömək edə bilməyəcək. Mançesterlilərin heyətində isə Rio Ferdinandın iştirakı sual altındadır.
Qeyd edək ki, ¼ final mərhələsinin əvvəlki 2 görüşündə “Real Madrid” İspaniyada İngiltərə “Tottenhem”ini 4:0, Almaniya “Şalke 04”ü isə İtaliyada “İnter”i 5:2 hesabı ilə darmadağın edib.

Oxşar yazılar

"Arsenal" bu hücumçu üçün bu qədər ödəməyə hazırdır
15 may 2025 , 09:37
“Real”dan əzmkar qələbə
15 may 2025 , 03:00
İtaliya Kubokunun qalibi "Bolonya" oldu
15 may 2025 , 02:01
“Qalatasaray” Türkiyə kubokunun qalibi oldu
14 may 2025 , 23:47
“Neftçi” məğlub oldu - “Sabah” ÇEMPİON
14 may 2025 , 22:00
Mourinyo ingilis ulduzu "Fənərbağça"ya gətirmək niyyətindədir
14 may 2025 , 19:46
Haaland yayda "Mançester Siti"ni tərk edə bilər
14 may 2025 , 18:46