“Qalatasaray”da yeni prezident seçkisinin tarixi açıqlandı
Lent.az-ın məlumatına görə, klub prezidenti Adnan Polad bu gün keçirdiyi mətbuat konfransında seçkinin mayın 7-də olacağını bildirib. Lakin həmin konqresdə prezidentliyə namizədlərin yetərli faizlə səs toplaya bilməyəcəyi ehtimalı böyükdür. Buna görə də yeni klub rəhbəri mayın 14-də baş tutacaq təkrar seçkidə müəyyənləşəcək.
Polad deyib: “Bizlər “Qalatasaray”a könül verdiyimiz üçün buradayıq. Mövcud şərtlərlə davam etmək kluba zərər verəcəyindən mayın 7-də seçki keçirməyi qərara aldıq. Həmin gün prezidentlik üçün səs çoxluğu əldə edilməyəcəyindən yeni prezident mayın 14-də məlum olacaq. Hər kəsə təşəkkürlər və haqqımızı halal edirik. İndi rahatlıq və qürurla yenidən aranıza dönürük”.
Qeyd edək ki, mayın 27-də keçirilmiş “Qalatasaray”ın Maliyyə Konqresində klubun idarəçiliyi qənaətbəxş sayılmayıb. Buna görə də 30 gün müddətində seçkinin keçirilməsi qərara alınıb. Lakin konqres üzvü Kayhan Berberoğlunun müraciəti əsasında bu gün İstanbul məhkəməsi bu qərarın icrasının dayandırılmasına hökm verib.

Oxşar yazılar

"Arsenal" bu hücumçu üçün bu qədər ödəməyə hazırdır
15 may 2025 , 09:37
“Real”dan əzmkar qələbə
15 may 2025 , 03:00
İtaliya Kubokunun qalibi "Bolonya" oldu
15 may 2025 , 02:01
“Qalatasaray” Türkiyə kubokunun qalibi oldu
14 may 2025 , 23:47
“Neftçi” məğlub oldu - “Sabah” ÇEMPİON
14 may 2025 , 22:00
Mourinyo ingilis ulduzu "Fənərbağça"ya gətirmək niyyətindədir
14 may 2025 , 19:46
Haaland yayda "Mançester Siti"ni tərk edə bilər
14 may 2025 , 18:46