“Neftçi” Respublika stadionundan çıxır
06 aprel 2011 15:10 (UTC +04:00)

“Neftçi” Respublika stadionundan çıxır

Bu haqda Lent.az-a klubun prezidenti Sadıq Sadıqov məlumat verib. Onun sözlərinə görə, artıq iki aydır ki, İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda təmir-tikinti işlərinə başlanılıb. Bolqarıstanlı mütəxəssis Borislav Kolev meydançanın ot örtüyünün daha yaxşı vəziyyətə çatdırılması üçün çalışır. Yaxın iki ay ərzində ot örtüyü tam təmir olunacaq: “Yəqin ki, növbəti mövsümdən etibarən “Neftçi” ev oyunlarını Bakıxanov qəsəbəsindəki stadionda keçirəcək. Sadəcə, bu mövsüm problemimiz oldu, həmin meydançanın ot örtüyü yandı, sıradan çıxdı. Orada oyunlarımızı keçirmək mümkün olmadı. Artıq təmir işləri tamamlanıb. Bolqarıstanlı mütəxəssis ot örtüyünün yetişməsi üçün lazım olan toxum və gübrəni gətirib. Yaxın iki ay ərzində bizə tam hazır meydança təhvil verəcəklər. Bu da gələn mövsüm ev oyunlarımızı İsmət Qayıbov adına stadionda keçirməyimizə imkan verəcək”.


Sadıqov bildirib ki, stadionda əlavə olaraq, 2500 nəfərlik sektorun da inşasına başlanılıb. Təqribən bir ildən sonra arena daxilində “Neftçi” üçün baza da salınacaq.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 596

Oxşar yazılar