“Neftçi”nin prezidenti: “Klipə çəkilənlər Ruslan Abışovdan artıq deyil”
06 aprel 2011 13:25 (UTC +04:00)

“Neftçi”nin prezidenti: “Klipə çəkilənlər Ruslan Abışovdan artıq deyil”

“Neftçi”nin futbolçusu Ruslan Abışovun müğənni Sevda Yəhyayevanın “Gecdir daha” klipinə çəkilməsinə klub prezidenti Sadıq Sadıqov münasibət bildirib. Sadıqov Lent.az-a açıqlamasında Abışovun bu addımına normal yanaşdığını söyləyib.

Onun sözlərinə görə, klipə çəkilənlər bu futbolçudan heç də üstün deyillər. “Neftçi”nin prezidentinin fikrincə, klipə çəkilməsi Abışovun oynadığı futbola ziyan gətirməyəcək: “Mənim Abışovun klipə çəkilməsindən xəbərim yox idi. Dünən bilmişəm ki, demə, o, şou-biznesə qoşulub. Nə olar? Cavan uşaqdır. Klipə çəkilənlər ondan artıq deyil ki... Abışovun dediyinə görə, o, özünü şou-biznesdə də sınamaq istəyib. Cavandır, qoy sınasın, nə olacaq ki... Yəqin ki, bu, oynadığı futbola heç bir ziyan gətirməz. Doğrudan da Ruslan Abışov Azərbaycanın ən gözəl futbolçularından biridir. Tərbiyə, qanacaq baxımından da alqışa layiq bir qardaşdır. Yəqin, istəyib-eləyib də... Şəxsi işidir. Mən buna pis yanaşmıram, yaxşı baxıram”.

Sadıqov “Düşünmürsünüz ki, gələcəkdə Ruslan Abışov da müğənni ola bilər?” sualını belə cavablandırıb: “Yox, müğənni ola bilməz. Futbolçudan müğənni çıxmaz. Aktyor çıxa bilər, müğənni yox”.

Elşən MƏMMƏD0V
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 612

Oxşar yazılar