Çempionlar Liqası: “Real Madrid” və “İnter” üçün tarixi görüşlər
05 aprel 2011 19:00 (UTC +04:00)

Çempionlar Liqası: “Real Madrid” və “İnter” üçün tarixi görüşlər

Lent.az-ın məlumatına görə, “Real Madrid” İngiltərə “Tottenhem”i ilə qarşılaşmada ardıcıl 5-ci ev qələbəsini qazanmağa çalışacaq.

Digər görüşdə İtaliya “İnter”i hələ 1996-1997-ci il mövsümündə UEFA Kubokunun finalında görüşdüyü Almaniyanın “Şalke 04” komandası ilə yenidən üz-üzə gələcək.

23:45. “Real Madrid” (İspaniya) – “Tottenhem” (İngiltərə)
Baş hakim:
Feliks Brıx (Almaniya)

Son 7 ildə ilk dəfə “Real Madrid” Çempionlar Liqasının ¼ finalına yüksəlib. İndi isə “kral klubu” bu uğurunu inkişaf etdirmək və 2003-cü ildən sonra ilk dəfə yarımfinala çıxmaq niyyətindədir. İspaniya komandası cari turnirdə doğma divarlar arasında əla çıxış edib. Madridlilər bütün 4 ev oyununu 11:0 hesablı ümumi nisbətdə qələbə ilə başa vurub. Lakin bugünkü oyuna “kral klubu” heç də yaxşı vəziyyətdə çıxmırlar. Ötən həftəsonu baş məşqçi Joze Mourinyonun komandası İspaniya çempionatında autsayderlərdən olan “Sportinq”ə doğma “Santyaqo Bernabeu”da 0:1 hesabı ilə uduzub və çempionluq şanslarını praktiki itirib. Digər tərəfdən, “Real Madrid”in zədə problemi ilə üzləşib. Kriştianu Ronaldu, Kərim Benzema və Marselo “Tottenhem”ə qarşı ilk görüşü buraxa bilər. Əvəzində hücumçu Qonsalo İquain sıraya dönüb.

“Tottenhem”in baş məşqçi Qari Rednappın da ciddi problemləri az deyil. Sağ cinah müdafiəçisi Alan Hatton dizindən xəsarət aldığı üçün əməliyyata məruz qalıb. Bundan başqa səfər öncəsi londonlular Ledli Kinq, Conatan Vudgeyt və Yunes Kabulanın xidmətindən məhrum olublar. Sol cinah müdafiəçisi Qaret Beyl və mərkəz müdafiəçisi Uilyam Qallas da matçı buraxa bilərlər.

“Tottenhem” tarixində ikinci dəfə Avropa çempionlar kubokunda mübarizə aparacaq. 1961-1962-ci il mövsümündə bu klub yarımfinaladək irəliləyib. Rednappı çətin ki, “Santyaqo Bernabeu” qorxutsun. Çünki ötən “pley-off” qarşılaşmasında londonlular səfərdə İtaliyanın “Milan” klubunu yeniblər. Ümumiyyətlə, “Tottenhem” özgə meydançasında çox məhsuldar çıxış edirlər. Çempionlar Liqasındakı əvvəlki 5 səfər görüşündə İngiltərə təmsilçisi 11 qol vurub.

23:45. “İnter” (İtaliya) – “Şalke 04” (Almaniya)
Baş hakim:
Martin Atkinson (İngiltərə)

“İnter” Çempionlar Liqasında dalbadal iki il nüfuzlu kuboka yiyələnən ilk kluba çevrilə bilər. Bu komanda artıq 12-ci dəfə turnirin ¼ finalında çıxış edir. Əvvəlki 11 cəhdində “nerazzurri” 8 dəfə uğur əldə edib. “Şalke 04” isə tarixində ilk dəfə Çempionlar Liqasının yarımfinalına yüksəlməyə ümidlidir. 1/8 finalda “İnter” Almaniyanın daha bir təmsilçisi – “Bavariya” ilə üz-üzə gəlib. Öz meydançasında 0:1 hesabı ilə uduzan baş məşqçi Leonardonun komandası səfərdə 3:2 hesablı qələbə sayəsində mərhələ adlayıb.

Ümumiyyətlə, “İnter” Almaniya klubları ilə 16 ev oyununda 10 qələbə qazanıb, 2 heç-heçə edib, 5 məğlubiyyətlə üzləşib. Bu mövsüm “Şalke 04” ¼ finaladək irəliləməsinə rəğmən, baş məşqçi Feliks Maqat Almaniya çempionatındakı uğursuz nəticələrlə əlaqədar bir həftə öncə istefaya göndərilib. Onu əvəzləyən Ralf Ranqnik ilk sınağında “Sankt-Pauli”yə qalib gəlib.

Bu gün “Şalke 04”ə Peyer Kluge i Mario Qavranoviç zədə üzündən kömək edə bilməyəcəklər. “Sankt-Pauli” ilə matçda burnunu sındıran Kristof Metselderin də iştirakı sual altındadır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 698

Oxşar yazılar