Yığmamızda almaniyalı məşqçini ukraynalı əvəzlədi
Lent.az-ın məlumatına görə, Azərbaycan Milli Avarçəkmə Federasiyası ilə müqavilə müddəti başa çatan almaniyalı mütəxəssis Yohan Tsülkeni ukraynalı Anatoli Dudnik əvəzləyib.
Anatoli Stepanoviç Dudniklə 1 illik müqavilə bağlanılıb. O, kayak və kanoe yığmamızın baş məşqçisi Aleksandr Kolıbelkovun köməkçisi kimi fəaliyyət göstərəcək. 55 yaşlı mütəxəssis yeniyetmə kayak və kanoeçilərimizi qarşıdakı nüfuzlu yarışlara hazırlayacaq, eyni zamanda, kanoe üzrə Avropa və dünya çempionu Valentin Demyanenkonun şəxsi məşqçisi olacaq.
Qeyd edək ki, kayak qayıqlarında avarçəkmə ilə məşğul olan Anatoli Dudnik Ukrayna milli komandasının üzvü olub. O, hazırda veteranların yarışlarına qatılır. Ukraynanın əməkdar məşqçisi 2009-cu ildə veteranlar arasında dünya çempionu adını qazanıb.

Oxşar yazılar

"Arsenal" bu hücumçu üçün bu qədər ödəməyə hazırdır
15 may 2025 , 09:37
“Real”dan əzmkar qələbə
15 may 2025 , 03:00
İtaliya Kubokunun qalibi "Bolonya" oldu
15 may 2025 , 02:01
“Qalatasaray” Türkiyə kubokunun qalibi oldu
14 may 2025 , 23:47
“Neftçi” məğlub oldu - “Sabah” ÇEMPİON
14 may 2025 , 22:00
Mourinyo ingilis ulduzu "Fənərbağça"ya gətirmək niyyətindədir
14 may 2025 , 19:46
Haaland yayda "Mançester Siti"ni tərk edə bilər
14 may 2025 , 18:46