Nuri Şahin: “Berti Foqtsla razı deyiləm” – MÜSAHİBƏ
01 aprel 2011 18:16 (UTC +04:00)

Nuri Şahin: “Berti Foqtsla razı deyiləm” – MÜSAHİBƏ

Dortmund “Borussiya”sının 22 yarımmüdafiəçisi Avstriyaya İstanbulda 2:0 hesabı ilə qalib gəldikləri rəsmi oyundan sonra Almaniyaya qayıdırdı. O, İstanbul-Düsseldorf reysini gözləyirdi ki, oradan elə də uzaqda olmayan doğma Dortmunda yollanacaqdı. Vaxt az olsa da, futbolçu “Duty Free”də apasport.az saytının suallarını cavablandırdı.

- Sizi qələbə münasibətilə təbrik edirik. Təəssüratlarını bölüşməzsiniz?

- Təbrikə görə sağ olun. Qələbədən sonra təəssüratlar həmişə müsbətdir. Üstəlik, mütləq qalib gəlib, yolumuzu davam etdirməli idik. İndi Belçika ilə növbəti oyun qrupda 2-ci yer uğrunda mübarizədə çox vacib olacaq.

- Avstriya üzərində qələbə asan oldu?

- Qələbə artıq asan olmur, daha çox uğurlu olur. Ancaq Avstriya ilə oyun asan ola bilməzdi. Çünki rəqib də nəyəsə iddia edirdi, öz məqsədi vardı. Biz qələbə qazandıq, çünki yaxşı oynadıq və 2 qol vurduq.

- “Qırmızı şeytanlar”ı qrupda 2-ci yer uğrunda mübarizədə Türkiyənin əsas rəqibi saymaq olar?

- Seçmə mərhələdə bütün komandalar rəqiblərimizdir, ancaq çox güman, 2-ci yer uğrunda belçikalılarla mübarizə aparacağıq.

- Əgər Azərbaycan Belçikaya uduzmasaydı, sizə asan olardı?

- Azərbaycan yığmasından belə məğlubiyyət gözləmirdik. Meydan sahibləri oyunun favoriti idilər. Ancaq bununla belə, hesabı eşidəndə təəccübləndim. Mən Azərbaycandan ciddi müqavimət göstərəcəyini və artıq ilk hissədən sonra təslim olmayacağını gözləyirdim. Ancaq bu, baş vermədi.

- Siz bunu bizim komandanın məğlubiyyətindən sonra deyirsiniz?

- Azərbaycan bizimlə yaxşı oynadı, biz isə əskinə pis. Ümid edirəm ki, biz sonradan Bakıdakı bədbəxtçilik haqda təəssüflənməyəcəyik.

- Azərbaycanın Brüsseldəki böyük hesablı məğlubiyyətinə baxmayaraq, Bakıda digər yığmaların xal itirəcəyinə ümid edirsiniz?

- Biz ilk növbədə özümüzə bel bağlamalıyıq və belçikalılara səfərdə qalib gəlməliyik. Əlbəttə, Azərbaycanın Türkiyə kimi Belçikanı da evdə yenəcəyini gözləyirik.

- Foqts hesab edir ki, Belçika qrupda 2-ci güclü komandadır...

- Bu, onun fikridir. Mən Foqtsla razı deyiləm. Türkiyə Belçikadan güclüdür. Biz artıq onları evdə yenmişik. Allahın köməyi ilə səfərdə də qalib gələrik.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 796

Oxşar yazılar