Mariya Şarapova finalda
01 aprel 2011 15:45 (UTC +04:00)

Mariya Şarapova finalda

Lent.az-ın məlumatına görə, Şarapova yarımfinalda almaniyalı Andrea Petkoviçi məğlub edib.

Onun həlledici görüşdəki rəqibi belaruslu Viktoriya Azarenko olacaq. Azarenko son olaraq digər rusiyalı Vera Zvonaryovanı üstələyib – 6:0, 6:3.

Kişilərin fərdi yarışında isə yarımfinalda Roje Federer (İspaniya) – Rafael Nadal (İspaniya) və Mardi Fiş (ABŞ) – Novak Cokoviç (Serbiya) görüşləri keçiriləcək.

Qeyd edək ki, hazırda Qadın Tennisçilər Assosiasiyasının reytinqində 13-cü yeri tutan Şarapova gələn həftə ilk “10-luğ”a qayıdacaq. Azarenko isə son reytinq siyahısında 8-ci pillədə olub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 684

Oxşar yazılar