Berti Foqts istefa verməyə hazırdır
Lent.az-ın məlumatına görə, almaniyalı mütəxəssis millimizin Belçika yığmasına 1:4 hesabı ilə uduzduğu 2012-ci il Avropa çempionatının seçmə qrup matçından sonra bu barədə açıqlama verib.
“İstefa? Problem yoxdur, lazımdırsa, gedə bilərəm! Bunu tələb edirlərsə, mənim heç bir problemim yoxdur” - deyə, Foqts bildirib. Lakin o, istefa qərarını AFFA-nın qəbul etdiyini də xatırladıb.
Baş məşqçi Belçika yığmasını qələbə münasibətilə təbrik edib. Onun fikrincə, “qırmızı şeytanlar” buna layiq idilər: “Onlar bizdən üstün idi. Sürətli oynadılar. Avstriya yığmasına qalib gələndən sonra meydana arxayın çıxmaları hiss olunurdu. İlk qolu buraxdıqdan sonra öz oyunumuzu tapa bildik, hesabı bərabərləşdirdik, yaxşı oynadıq. Ancaq lazımsız penalti oyunun axarını dəyişdirdi. İkinci hissədə kombinasiyalı oynadıq. Son ötürmə alınmırdı. Öz səhvlərimizdən qol buraxdıq. Belçika yığmasının qrupumuzda 2-ci ən güclü komanda olduğunu düşünürəm”.

Oxşar yazılar

"Çelsi" Çempionlar Liqasına vəsiqə qazana bilməsə, baş məşqçinin taleyi necə olacaq?
15 may 2025 , 19:20
“Real” 11-ci oyunçusunu itirdi
15 may 2025 , 17:56
İşçilərinə Avropa Liqasının final oyunun biletlərini öz pulu ilə aldı
15 may 2025 , 15:22
“Liverpul” onu "Real"a satmadı
15 may 2025 , 12:34
"Arsenal" bu hücumçu üçün bu qədər ödəməyə hazırdır
15 may 2025 , 09:37
“Real”dan əzmkar qələbə
15 may 2025 , 03:00
İtaliya Kubokunun qalibi "Bolonya" oldu
15 may 2025 , 02:01