Emil Mpenza: “Belçika yığması bu dəfə daha çox tər tökməli olacaq”
Qarşılaşmanın ilk dəqiqələrində Azərbaycan futbolçuları yaxşı müdafiə olunurdular. Yalnız penaltidən hesabı aça bildik və sonra böyük hesablı qələbəni bayram etdik”. Lent.az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin belçikalı futbolçusu Emil Mpenza klubun rəsmi saytına açıqlamasında deyib.
Təcrübəli hücumçunun fikrincə, bu dəfə həmvətənləri qələbə qazanmaq üçün daha çox tər tökməli olacaqlar. Çünki Azərbaycan klublarında səviyyəli futbolçular top qovur, ölkə çempionatının səviyyəsi gündən-günə yüksəlir. Bu isə birbaşa yığma komandanın güclənməsinə təsir edir.
Mpenza həmçinin bildirib ki, son günlər Belçika mətbuatından onunla əlaqə saxlayaraq, Azərbaycanla görüş haqda fikirlərini soruşurlar: “Bu günlərdə Belçikada Azərbaycan futbolu populyar bir mövzuya çevrilib”.
Qeyd edək ki, Belçika və Azərbaycan yığmaları əvvəllər 2008-ci il Avropa çempionatının seçmə qrup mərhələsində üz-üzə gəliblər. 2006-cı il oktyabrın 11-də Brüsseldə keçirilmiş görüşdə meydan sahibləri qələbə qazanıb – 3:0. Həmin oyunda Emil Mpenza 70 dəqiqə meydançada olsa da, qol vura bilməyib. 2007-ci il 21 noyabra təsadüf edən təkrar qarşılaşma isə Tofiq Bəhramov adına Respublika stadionunda oynanılıb. Belçikanın 1:0 hesabı ilə qalib gəldiyi matçda Mpenza iştirak etməyib. İki ölkə yığması bu gün 2012-ci il Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində yenidən görüşəcək. Brüsseldəki “Rua Boduen” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.

Oxşar yazılar

"Çelsi" Çempionlar Liqasına vəsiqə qazana bilməsə, baş məşqçinin taleyi necə olacaq?
15 may 2025 , 19:20
“Real” 11-ci oyunçusunu itirdi
15 may 2025 , 17:56
İşçilərinə Avropa Liqasının final oyunun biletlərini öz pulu ilə aldı
15 may 2025 , 15:22
“Liverpul” onu "Real"a satmadı
15 may 2025 , 12:34
"Arsenal" bu hücumçu üçün bu qədər ödəməyə hazırdır
15 may 2025 , 09:37
“Real”dan əzmkar qələbə
15 may 2025 , 03:00
İtaliya Kubokunun qalibi "Bolonya" oldu
15 may 2025 , 02:01