AMAF rəsmisi ECA-ya prezident seçəcək
24 mart 2011 17:23 (UTC +04:00)

AMAF rəsmisi ECA-ya prezident seçəcək

Lent.az-ın məlumatına görə, tədbirdə ölkəmizi Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) texniki direktoru Leyla Əliyeva təmsil edəcək.

Konqresdə ECA prezidenti, vitse-prezidenti, İdarə Heyəti üzvləri, auditoru, Beynəlxalq Kanoe Federasiyası Şurasının Avropa nümayəndələri seçiləcək. Eyni zamanda, ECA Nizamnaməsi və yarış qaydalarında dəyişikliklər üçün edilən təkliflərə münasibət bildiriləcək, qarşıdakı 2 ildə üzvlük haqqı, 2011-2012-ci illər üçün İnkişaf Proqramı və büdcə müzakirə olunacaq.

Qeyd edək ki, ECA-ya 1993-cü ildən böyük britaniyalı Albert Vuds başçılıq edir. O, 9 - 13 martda Azərbaycanda səfərdə olub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 651

Oxşar yazılar