Azərbaycanın aparıcı taekvondoçusu karyerasını başa vurur
Bu haqda Lent.az-a Azərbaycan milli komandasının baş məşqçisi Ələkbər İmaməliyev məlumat verib. Onun sözlərinə görə, 29 yaşlı idmançı bu yaxınlarda Almaniyada keçirilmiş beynəlxalq turnirdə zəif çıxışından sonra belə qərara gəlib. Artıq Əhmədov bu istəyini baş məşqçiyə də çatdırıb: “Rəşad deyir ki, son zamanlar çıxışları nədənsə, alınmır. Xüsusən, taekvondoçuların elektron jiletə keçmələrindən sonra istədiyi kimi döyüşə bilmir. Ona görə də getmək istəyir. Qəti qərara gəlsə, yəqin ki, özü bu yaxınlarda açıqlayacaq”.
Hazırda ölkə xaricində istirahətdə olan taekvondoçumuzun özü ilə əlaqə saxlamaq isə mümkün olmayıb.
Qeyd edək ki, Rəşad Əhmədov hər iki olimpiadada medalın bir addımlığında dayanıb. O, Avropa çempionatlarında gümüş, dünya çempionatlarında isə bürünc medal qazanıb.
Elşən MƏMMƏDOV

Oxşar yazılar

"Çelsi" Çempionlar Liqasına vəsiqə qazana bilməsə, baş məşqçinin taleyi necə olacaq?
15 may 2025 , 19:20
“Real” 11-ci oyunçusunu itirdi
15 may 2025 , 17:56
İşçilərinə Avropa Liqasının final oyunun biletlərini öz pulu ilə aldı
15 may 2025 , 15:22
“Liverpul” onu "Real"a satmadı
15 may 2025 , 12:34
"Arsenal" bu hücumçu üçün bu qədər ödəməyə hazırdır
15 may 2025 , 09:37
“Real”dan əzmkar qələbə
15 may 2025 , 03:00
İtaliya Kubokunun qalibi "Bolonya" oldu
15 may 2025 , 02:01