Ermənilərin “öz hakimimiz” niyyəti boşa çıxdı
Bu haqda Lent.az-a Azərbaycan Şahmat Federasiyasının (AŞF) vitse-prezidenti Mahir Məmmədov məlumat verib.
Onun sözlərinə görə, həm Azərbaycan, həm də yarışda təmsil olunacaq digər ölkələrin şahmatçıları ermənilərin bu niyyətini boşa çıxarıblar. M.Məmmədov bildirib ki, heç bir rəsmi yarışda iki ayrı-ayrı ölkə idmançılarının görüşünü həmin ölkələrdən olan hakimlər idarə etmirlər. Bu səbəbdən, Levon Aronyan və ABŞ-da yaşayan əslən erməni Qata Kamskinin də iştirak edəcəyi iddiaçılar turnirində erməni hakimin olmasına imkan verilməyib. AŞF rəsmisi azərbaycanlı Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov, rusiyalı Vladimir Kramnik və Aleksandr Qrişuk, bolqarıstanlı Veselin Topalov və israilli Boris Gelfandın da iştirak edəcəkləri iddiaçılar turnirinə qeyri-millətlərdən olan hakimlərin təyinat alacaqlarını bildirib.
M.Məmmədov şahmatçılarımızın turnirə hazırlığı barədə də danışıb. O, Rəcəbovla Məmmədyarovun məşqlərinin gözdən, nəzarətdən kənar proses olduğunu vurğulayıb. Hazırlıq prosesinə şəxsən özünün nəzarət etdiyini deyən federasiya rəsmisi şahmatçılarımızla işə güclü mütəxəssislərin cəlb olunduqlarını söyləyib: “Nəzərə almalıyıq ki, şahmatçılarımız rəqibləri tərəfindən izlənilir. Hətta hansı ölkədə hazırlıq keçmələrinə əsasən, onların debütlərini və oyun taktikalarını müəyyənləşdirmək mümkündür. Şahmatçılarımızın hazırlıq səviyyəsi qaydasındadır. Onlara məşq keçənlər arasında şahmatçı da var, psixoloq da. Bir sözlə, şahmatçılarımız kifayət qədər bacarıqlı xidməti personallarla əhatələniblər”.
Qeyd edək ki, mayın 27-dək davam edəcək iddiaçılar turnirinin ilk mərhələsində Veselin Topalov - Qata Kamski, Vladimir Kramnik – Teymur Rəcəbov, Levon Aronyan – Aleksandr Qrişuk və Boris Gelfand – Şəhriyar Məmmədyarov görüşləri keçiriləcək.
Elşən MƏMMƏDOV

613