“Xəzər Lənkəran” “Neftçi” maneəsini aşdı
Lent.az-ın məlumatına görə, martın 8-də keçirilmiş ¼ final mərhələsinin cavab görüşləri nəticəsində “Xəzər Lənkəran”, “Bakı” və “İnter” bu hüquqa yiyələnib.
“Xəzər Lənkəran” əzəli rəqibi “Neftçi”ni sıradan çıxarıb. Martın 3-də Bakıda keçirilmiş görüşdə flaqmana 4:3 hesabı ilə qalib gələn Lənkəran komandası öz meydançasında heç-heçə ilə kifayətlənib – 1:1. Bu nəticə baş məşqçi Mirça Rednikin komandasını növbəti mərhələyə çıxarıb.
Yarımfinalda “Xəzər Lənkəran”ın rəqibi “Bakı” olacaq. Paytaxtın eyniadlı komandası səfərdə qolsuz heç-heçə etdiyi “Qəbələ”yə öz meydançasında minimal hesabla qalib gəlib. Yeganə topu Jaba vurub.
Nəhayət, “İnter” ilk matçda 1:0 hesabı ilə yendiyi I divizion təmsilçisi “Abşeron”la cavab oyunundan qolsuz “sülh”lə ayrılıb. 42-ci dəqiqədə “Abşeron” azlıqda qalıb. Timur İsrafilov meydançadan qovulub, meydan sahibləri isə penalti hüququ qazanıb. Lakin Robertas Poşkusun zərbəsi dəqiq olmayıb. Azərbaycan çempionunun yarımfinaldakı rəqibi martın 9-da “Turan” – AZAL görüşündən sonra müəyyənləşəcək.
8 mart (çərşənbə axşamı)
“İnter” (Bakı) – “Abşeron” – 0:0
Qırmızı vərəqə: Timur İsrafilov, 42 (“Abşeron”)
(ilk oyun: 1:0)
“Bakı” – “Qəbələ” – 1:0
Jaba, 57
(ilk oyun: 0:0)
“Xəzər Lənkəran” – “Neftçi” (Bakı) – 1:1
Uinston Parks, 22 - Flavio Aleks Valensio, 9
(ilk oyun: 4:3)
9 mart (çərşənbə)
14:00. “Turan” (Tovuz) – AZAL (Bakı)
(ilk oyun: 0:2)
Hakimlər: Fariz Yusifov, Rza Məmmədov, Elman Musayev, Elvin Əsgərov
AFFA nümayəndəsi: Qürbət Həsənov
Hakim-inspektor: Məhəmməd Məmmədov
Tovuz şəhər stadionu.

692