Çempionlar Liqası: “Barselona” nə edəcək?
Lent.az-ın məlumatına görə, ilk oyun günündə 2 qarşılaşma baş tutacaq.
“Barselona” İspaniyada İngiltərə “Arsenal”ını qəbul edəcək. İlk görüşdə “Arsenal” 2:1 hesabı ilə qalib gəlib. Cavab oyununda kataloniyalılara minimal hesablı qələbə də kifayət edir. Lakin bunun çətin olacağını anlayan baş məşqçi Xosep Qvardiola onurğa sütunundan müalicə aldığı xəstəxananı tərk edərək, “Barsa”nın sükanı arxasına qayıdıb. Hər iki komanda oyuna itkilərlə çıxacaq. “Barselona”nın heyətində müdafiəçi Karles Puyol, “Arsenal”da isə yarımmüdafiəçi Aleksandr Sonq zədə üzündən çıxış etməyəcək.
Digər görüşdə “Şaxtyor” Ukraynada İtaliya “Roma”sını sınağa çəkəcək. İlk matçda 3:2 hesabı ilə qalib gələn “Şaxtyor” cavab oyunu üçün böyük üstünlük əldə edib. Lakin “Roma” Klaudio Ranyeri yox, yeni baş məşqçi Vinçentso Montellanın rəhbərliyi altında Donetskə gələcək.
23:45. “Şaxtyor” (Ukrayna) – “Roma” (İtaliya)
Baş hakim: Martin Atkinson (İngiltərə)
İlk oyun – 3:2
23:45. “Barselona” (İspaniya) – “Arsenal” (İngiltərə)
Baş hakim: Massimo Buzakka (İsveçrə)
İlk oyun – 1:2.

Oxşar yazılar

Azərbaycanlı yüngül atlet qızıl medal qazandı
28 iyul 2025 , 01:31
Markus Reşfordun sərt “Barselona” qaydalarına uyğun yeni maşını
27 iyul 2025 , 11:03
"Real" ən bahalı futbolçunu alır - Vinisiusu o əvəzləyəcək
26 iyul 2025 , 17:58
"Barselona" futbolçulara şənlik etməyi qadağan etdi
26 iyul 2025 , 15:09
Azərbaycan klubu bütün futbolçuları ilə vidalaşdı
26 iyul 2025 , 13:16
"Real" Vinisiusu satacaq - SƏBƏB
26 iyul 2025 , 13:01
MLS Messini cəzalandırdı
26 iyul 2025 , 09:41