Novxanıda 69 min avroluq “Novruz Kuboku”
07 mart 2011 19:11 (UTC +04:00)

Novxanıda 69 min avroluq “Novruz Kuboku”

Lent.az-ın məlumatına görə, Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkil edəcəyi yarışda 5 ölkə təmsil olunacaq.

Azərbaycan, Rusiya, Gürcüstan, Bolqarıstan, Monqolustan atçıları 3 gün ərzində bacarıqlarını nümayiş etdirəcəklər. Türkiyə və İrandan dəvət olunan hakimlərin idarə edəcəyi turnirin ümumi mükafat fondu 69 000 avro təşkil edəcək.

Yarışlara hər gün saat 15:00-da start veriləcək. Əvvəlcə açılış, ikinci gün vaxta qarşı, sonuncu gün isə “Grand Prix - Final” yarışları təskil olunacaq. Mübarizənin yekununda idmançıların topladıqları xallar onların 2012-ci il London Yay Olimpiya Oyunlarına vəsiqə əldə etməyinə böyük təsir göstərəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 709

Oxşar yazılar