14 ölkənin futbol federasiyalarının rəhbərləri Bakıya gəlir
07 mart 2011 15:18 (UTC +04:00)

14 ölkənin futbol federasiyalarının rəhbərləri Bakıya gəlir

Lent.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bunlar Belçika, Xorvatiya, Danimarka, İngiltərə, Finlandiya, Gürcüstan, Almaniya, Yunanıstan, Rusiya, Serbiya, İsveç, İsveçrə, Türkiyə və Ukraynanın futbol qurumlarının rəhbərləridir.

Onlar AFFA-nın dəvətinə təsdiq cavabı göndəriblər. Tədbir iyunun 8-də “Buta” sarayında təşkil olunacaq.

Qeyd edək ki, martın 4-də keçirilmiş AFFA-nın Konfransında UEFA prezidentinin müşaviri Paskal Torres qurumun rəhbəri Mişel Platininin də yubiley tədbirinə qatılacağını açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 483

Oxşar yazılar