Qanunsuz döyüşlər – ARAŞDIRMA
Onların çörəyi məhz döyüşdən çıxır. Kimisini boks, taekvondo, kikboksinq, karate kimi döyüş növlərinə cəlb edib, idmançı kimi yetişdirirlər. Kimisi hətta qaydasız döyüşlərdə iştirak edir: onlara da icazə var. Amma tamamilə qadağan olunmuş qanunsuz döyüşlərə çıxanları da tapmaq mümkündür. Elə bir qanunsuz döyüşü ki, bu, az qala ev heyvanları, xüsusən, it, xoruz döyüşünə bənzəyir. Yəni, burada yalın əllə bədənin istənilən orqanına zərbə endirmək, hətta insanı bilərəkdən öldürmək də olar. Yetər ki, tamaşaçılar ondan zövq alsınlar. Döyüşçülər isə qalib gəldikdən sonra müəyyən məbləğdə qazanc əldə etsinlər. Lent.az-ın araşdırma mövzusu da məhz qanunsuz döyüşlərə həsr olunub.
Qladiatorlar və Brüs Li
İndi belə mübarizə növündən xəbər tutmaq, harada keçirildiyini öyrənmək xeyli çətindir. Çünki qanunsuz döyüşlərdə cinayət tərkibli elementləri var. Onların geniş kütlə qarşısında keçirilməsinə icazə verilmir. İnternet qaynaqlarını axtardıqda bu barədə çoxlu filmlərin, internet-oyunların çəkildiyi məlum oldu. Təbii ki, qanunsuz döyüşlər haqda çəkilən filmlər daha çox insanların maraqlarına hesablanıb. Amma özündə real həyatı əks etdirən filmlər də var. Məsələn, uşu növünü dünyaya tanıdan Brüs Li qanunsuz döyüşlərdən bəhs edən filmlərdə çəkilməklə bərabər, məhəllələrarası “razborka”larda da iştirak edib.
Qanunsuz döyüşlərin tarixi çox qədimdir. Demək olar ki, insan yarandığı vaxtdan belə döyüşlərdə iştirak edib. Amma qanunsuz döyüş deyəndə, daha çox Qədim Roma imperiyasındakı qladiator döyüşləri göz önündə canlanır. Qullar arasında təşkil olunan döyüşləri xeyli tamaşaçı izləyirdi. Belə döyüşlər ilk dəfə Çində qanunla tənzimlənib. Bu, XIX əsrdə baş verib. Ötən əsrdə isə Avropada rəsmi döyüşlərin keçirilməsinə başlanılıb. Nəticədə qanunsuz döyüşlər tədricən səngiyib və qaydasız döyüşlər müstəvisinə keçib. Bu prosesə rəsmi döyüşlərə marağın daha da artması, döyüş iştirakçılarına isə yüksək mükafatın verilməsi də təsirini göstərib.
Millətçi qüvvələrin sevimli məşğuliyyəti
İndi belə döyüşlər məhəlli, lokal xarakteri daşıyır. Bundan başqa qanunsuz döyüşləri nəzarətsiz, qanunların işləmədiyi və ya qanunda boşluqların olduğu ərazilərdə keçirmək mümkündür. Belə döyüşlərin təşkilatçıları faşist xarakterli olurlar, onlar üçün insanın öldürülməsi adi qəbul olunur. Məsələn, ötən ilin sentyabrında tanınmış idmançı, “Kürən tarzan” ləqəbli Vyaçeslav Datsik Rusiyadakı psixiatrik xəstəxanadan qaçaraq Norveçə yollanıb, tapançasını polisə təhvil verərək siyasi sığınacaq tələb edib. Polislər isə onun Norveçdə fəaliyyət göstərən neonasistlərlə əlaqədə olduğundan şübhələniblər. Şübhələr özünü doğruldub. “Kürən tarzan”ın “Slavyan ittifaqı” özəyinin lideri Svyatoslav Kalaşnikovla əlaqədə olduğu üzə çıxıb. Kalaşnikova məxsus “Metal Tatto” adlı obyektdə axtarış da aparılıb. Bu obyekt əslində tatuaj salonu kimi fəaliyyət göstərsə də, orada qanunsuz döyüşlər keçirilib. Döyüşləri sağ radikal oriyentasiyalı gənclər təşkil edib. Orada tapança və tüfənglərdən əlavə nasist simvolikası tapılıb.
Rusiya və qondarma respublikadakı qanunsuz döyüşlərin Azərbaycana zərəri
Azərbaycan Döyüş Federasiyaları Assosiasiyasının prezidenti Azər Həsənsoy da Lent.az-a açıqlamasında qanunsuz döyüşlərin miqyasının xeyli daraldığını təsdiqləyib. Onun sözlərinə görə, artıq filmlərdəki kimi real həyatda da qanunsuz döyüşlər demək olar ki, yoxdur. Ekran əsərlərində canlandırılan qanunsuz döyüşlərin əsasən, Uzaq Şərq ölkələrində cərəyan etdiyi göstərilir. Həsənsoy isə həmin ölkələrdə olduğunu, lakin belə döyüşlərlə indiyədək rastlaşmadığını bildirib: “Mən indiyədək Tailand, Filippin, İndoneziya, Honq-Konq, Makau, Tayvan, Çin kimi ölkələrə səfər etmişəm. Lakin həmin ölkələrdə nə qanunsuz döyüşlərin keçirildiyini görmüşəm, nə də bu barədə eşitmişəm”.
Amma assosiasiya rəhbəri qanunsuz döyüşlərin Rusiyada təşkilinin mümkünlüyü ilə razılaşıb. Onun sözlərinə görə, Rusiyada çox sayda millətin nümayəndələri yaşayır. Onların arasında milli zəmində münaqişələr nəticəsində qanunsuz döyüşlərin təşkili tam realdır. Digər tərəfdən, Həsənsoyun fikrincə, Azərbaycanın işğal olunmuş torpaqlarında qurulan qondarma Dağlıq Qarabağ Respublikasında da qanunsuz döyüşlər keçirilə bilər. Çünki həmin ərazi hazırda nəzarətsiz zona sayılır, qondarma respublika isə heç bir ölkə tərəfindən tanınmır. İşğalçılar beynəlxalq turnir adı altında qanunsuz döyüş keçirməklə pul qazana və bu yolla özlərini “reklam” edə bilərlər. Onsuz da hərdən separatçıların müxtəlif növlər üzrə Gürcüstan, Rusiya, İran və hətta Fransadan gələnlərin uşu, kikboksinq, şahmat, hətta futbol turniri təşkil etdikləri bildirilir.
Təbii ki, Rusiyanın hüquq-mühafizə orqanları nəzarət edə bilmədikdə qanunsuz döyüşlərin miqyası genişlənə bilər. Skinhedlər adlanan yerli qatı millətçilərin bunu digər xalqların nümayəndələrinə qarşı istifadə etmələri mümkündür. Zərəri isə “qara millət”, o cümlədən, azərbaycanlılar çəkəcək. Qondarma Dağlıq Qarabağ Respublikasındakı qanunsuz döyüşlərə gəldikdə, bunları Azərbaycanın əleyhinə yönələn növbəti plan da saymaz olar. Belə vasitələrlə ermənilər qondarma respublikada muzdlu döyüşçülər yetişdirə bilərlər.
Azərbaycan qanunvericiliyində isə qanunsuz döyüşlərin təşkili qadağandır. Cinayət Məcəlləsində məhz bununla bağlı xüsusi bənd nəzərdə tutulmayıb. Amma qanunsuz döyüşlərin təşkili 221-ci maddə (Xuliqanlıq), döyüşün hər hansı iştirakçısının xəsarət alması isə 126 – 128-ci maddələri (Qəsdən sağlamlığa (ağır, az ağır, yüngül) zərər vurma) ilə tövsif olunur.
Elşən MƏMMƏDOV

2736