FİFA və UEFA prezidentləri Bakıya gələcəklər
FİFA prezidenti Zepp Blatter və UEFA prezidenti Mişel Platini Azərbaycana gələcəklər. Lent.az-ın məlumatına görə, bu barədə AFFA prezidenti Rövnəq Abdullayev bu gün keçirilən toplantıda bildirib.
R.Abdullayev qeyd etdi ki, hər iki qonaq iyunun 8-də Azərbaycan futbolunun 100 illiyinə həsr olunacaq tədbirdə iştirak etmək üçün təşrif buyuracaqlar. O həmçinin bildirib ki, iyunun 2-də FİFA prezidentliyinə seçkilər keçiriləcək və seçiləcəyi təqdirdə qurumun rəhbəri ilk səfərini Azərbaycana etmiş olacaq.
Artıq Mişel Platininin həmin tarixdə Bakıya gələcəyi rəsmi təsdiqini tapıb.
Yubiley tədbirində dost ölkələrinin futbol federasiyalarının rəhbərləri də iştirak edəcək. Rövnəq Abdullayev Lent.az-ın əməkdaşının “məşhur futbolçulardan dəvət edəcəksinizmi” sualına isə “kimi istəsəniz deyin, dəvət edək” deyə cavab verib.
Elşən MƏMMƏDOV

Oxşar yazılar

Konfrans Liqası: “Çelsi” çempion oldu
29 may 2025 , 01:04
"İnter" braziliyalı hücumçunu aldı
28 may 2025 , 20:00
"Barselona" rekord qıran qapıçını alır
28 may 2025 , 16:56
Səudiyyə Ərəbistanı Premyer Liqasının ən bahalı 10 futbolçusu - SİYAHI
28 may 2025 , 11:30
"Mən həyatımda belə şey görməmişəm" – Zidan Lamin Yamaldan DANIŞDI
28 may 2025 , 09:47
Lamin Yamal “Barselona” ilə müqaviləsini uzatdı
28 may 2025 , 03:27
Messi və Suares futbol klubu təsis etdilər
28 may 2025 , 00:46