Azərbaycan çempionu və kubok sahibi üçün sərfəli nəticələr
Lent.az-ın məlumatına görə, ölkə kubokunun son qalibi “Bakı” Qəbələdə eyniadlı komandanın qonağı olub.
Güclü qar altında keçən görüşdə hesab açılmayıb. Azərbaycan çempionu “İnter” isə I divizion təmsilçisi “Abşeron”la qarşılaşıb. “Şəfa” stadionunda nominal qonaq qismində çıxış edən “Birlik Kuboku”nun sahibi minimal hesablı qələbə qazanıb. Yeganə topu 80-ci dəqiqədə Girt Karlson vurub.
Günün son oyunu “Neftçi” və “Xəzər Lənkəran” komandaları arasında keçiriləcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmanın start fiti saat 18:00-da çalınacaq.
Qeyd edək ki, ilk oyun günündə AZAL “Turan”a qalib gəlib – 2:0. Cavab görüşləri martın 8-də və 9-da olacaq.
Elşən MƏMMƏDOV

Oxşar yazılar

Azərbaycanlı yüngül atlet qızıl medal qazandı
28 iyul 2025 , 01:31
Markus Reşfordun sərt “Barselona” qaydalarına uyğun yeni maşını
27 iyul 2025 , 11:03
"Real" ən bahalı futbolçunu alır - Vinisiusu o əvəzləyəcək
26 iyul 2025 , 17:58
"Barselona" futbolçulara şənlik etməyi qadağan etdi
26 iyul 2025 , 15:09
Azərbaycan klubu bütün futbolçuları ilə vidalaşdı
26 iyul 2025 , 13:16
"Real" Vinisiusu satacaq - SƏBƏB
26 iyul 2025 , 13:01
MLS Messini cəzalandırdı
26 iyul 2025 , 09:41