“Neftçi” “qızıl oğlan”ı üçün vida mərasimi təşkil edəcək
02 mart 2011 13:00 (UTC +04:00)

“Neftçi” “qızıl oğlan”ı üçün vida mərasimi təşkil edəcək

Lent.az-ın məlumatına görə, bu barədə flaqmanın rəsmi saytına klubun Mətbuat və İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Elnur Əşrəfoğlu açıqlama verib.

Departament rəisi tədbirdə bir çox planların həyata keçiriləcəyini bildirib: “Klubumuzun prezidenti Sadıq Sadıqov həmişə həyatını idmana həsr edənləri, futbol veteranlarını xüsusi diqqətdə saxlayır və onlara qayğısını hər zaman nümayiş etdirir. Bilirsiniz ki, Zaur Tağızadə həm “Neftçi”də, həm də milli komandada göstərdiyi ustalıqla on minlərlə futbolsevərlərin rəğbətini qazanıb. Klub prezidenti zədəsi səbəbiylə yaşıl meydanlardan uzaqlaşan Zaur Tağızadə ilə görüşərək, onun flaqmanda məşqçi kimi çalışmasını istədi. Məhz həmin görüşdən sonra "Qızıl oğlan" əvəzedicilərimizdən ibarət komandamızda məşqçi kimi yenidən "Neftçi"yə xidmət göstərməyə başladı. Klub rəhbərliyi Unibank Premyer Liqasının son turunda baş tutacaq “Neftçi” – “Xəzər Lənkəran” matçında Zaur Tağızadənin futbolla vida mərasimini təşkil edəcək”.

Qeyd edək ki, “Qızıl oğlan” ləqəbli Zaur Tağızadə karyerası ərzində 1999-2000 və 2004 – 2010-cu illərdə “Neftçi”də çıxış edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1086

Oxşar yazılar