“Anji” Mahir Şükürovun formasını alıb heyətdən kənarlaşdırdı
01 mart 2011 18:49 (UTC +04:00)

“Anji” Mahir Şükürovun formasını alıb heyətdən kənarlaşdırdı

Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Şükürov bundan sonra 40 nömrəli formada çıxış edəcək.

4 nömrəli geyimin yeni sahibi isə hələ məlum deyil. Onun yeni transferlərdən birinə veriləcəyi gözlənilir. Digər tərəfdən, 29 yaşlı sağ cinah müdafiəçisi “Anji”nin saat 19:00-da “Zenit”lə keçirəcəyi Rusiya Kubokunun ilk 1/8 final matçından kənarlaşdırılıb. Şükürovun adı Mahaçqala komandasının hətta ehtiyat oyunçuları sırasına da daxil edilməyib. Əvəzində supertransfer Roberto Karlos ilk dəqiqələrdən meydançada olacaq.

Qeyd edək ki, Mahir Şükürov bu yaxınlarda Türkmənistanda keçirilmiş “Prezident Kuboku”nda “Anji”nin əvəzedici komandası ilə birgə çıxış edib. Şükürov indiyədək əksər komandalarda 4 nömrəli formada oynayıb.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 561

Oxşar yazılar