“Böyük ipək yolu” üçün 6 ölkə
25 fevral 2011 16:31 (UTC +04:00)

“Böyük ipək yolu” üçün 6 ölkə

Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, artıq yığmamızdan əlavə Rusiya, Gürcüstan, Qazaxıstan, Özbəkistan və Türkiyə də 5 gün davam edəcək yarışda iştirak etmək arzusunda olduqlarını bildiriblər.

Artıq Gürcüstan millisi paytaxtımızda turnir öncəsi təlim-məşq toplanışına başlayıb. Qonşu ölkə boksçuları yarış başa çatanadək paytaxtımızda qalacaqlar. Rusiya isə turnirdə Dünya və Avropa çempionları Yeqor Mexonçev, Albert Səlimov, Artur Beterbiyev, Dünya çempionu Andrey Zamkovoy və Avropa çempionu Sergey Kuzmin kimi güclü idmançılarla təmsil olunacaq.

Millimizin “Böyük İpək Yolu”nda geniş tərkibli heyətlə iştirak etməsi gözlənilir. Yarışın texniki nümayəndəsi fransalı Mairesse olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 627

Oxşar yazılar