AFFA-nın baş katibi yığmamızın üzvləriylə görüşüb - FOTO
23 fevral 2011 13:43 (UTC +04:00)

AFFA-nın baş katibi yığmamızın üzvləriylə görüşüb - FOTO

Lent.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, fevralın 24-də Bakı İdman Sarayında start götürəcək yarışlara hazırlıqlarını davam etdirən yığma üzvləri ilə görüş elə həmin idman qurğusunda baş tutub.

Məmmədov dörd gün davam edəcək turnirin vacibliyini bir daha futzalçıların diqqətinə çatdırıb. Baş katib oyunların Bakıda keçirilməsinin azarkeş dəstəyi baxımından üstünlük, eyni zamanda daha böyük məsuliyyət olduğunu bildirib. O, millimizə uğurlar arzulayıb. Görüşün sonunda xatirə şəkli çəkdirilib.

Lakin AFFA-nın baş katibi fevralın 24-də yığmamızın Qazaxıstanla keçirəcəyi ilk oyunu yox, “Ştutqart” (Almaniya) və “Benfika” (Portuqaliya) komandaları arasında təşkil olunacaq Avropa Liqasının 1/16 final mərhələsinin cavab matçını izləyəcək. Elxan Məmmədov bu qarşılaşmada UEFA nümayəndəsi funksiyalarını yerinə yetirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1225

Oxşar yazılar

Joao Mario Beşiktaşda!

Joao Mario Beşiktaşda!

4 sentyabr 2024 , 04:38
Lamiyə Vəliyeva paralimpiya çempionu  oldu

Lamiyə Vəliyeva paralimpiya çempionu oldu

3 sentyabr 2024 , 22:54
Şenol Günəş  yenidən “Trabzonspor”da

Şenol Günəş yenidən “Trabzonspor”da

3 sentyabr 2024 , 21:41
Olimpiya iştirakçısını sevgilisi  yandırdı 

Olimpiya iştirakçısını sevgilisi yandırdı 

3 sentyabr 2024 , 19:22
Kuman  bu futbolçuları   daha Hollandiya millisinə çağırmayacaq  

Kuman bu futbolçuları daha Hollandiya millisinə çağırmayacaq  

3 sentyabr 2024 , 17:54
Rusiya klubları yay transferlərinə  76 milyon dollar xərcləyib

Rusiya klubları yay transferlərinə 76 milyon dollar xərcləyib

3 sentyabr 2024 , 15:44
“Real”da ciddi itki

“Real”da ciddi itki

3 sentyabr 2024 , 11:06
Devid Bekhemin oğlu futbolla vidalaşdı

Devid Bekhemin oğlu futbolla vidalaşdı

3 sentyabr 2024 , 10:27